Gündəm
“Tasua” və “Aşura” günlərində məscidlərdə xüsusi monitorinqlər keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Türkiyə İran və İraqla birgə hücuma hazırlaşır - Qəndil yerlə bir ediləcək, Bərzani...
Türkiyə İraq və İranla birlikdə PKK-nın əsas qərargahı olan Qəndilə, eləcə də sentyabrın 25-də müstəqillik referendumu keçirən Şimali İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə edə bilər.
Saakaşvilidən prezidentə ULTİMATUM: “Yalnız bu halda hakimiyyətdə qala bilərsən...”
Mixail Saakaşvili çərşənbə günü, oktyabrın 4-də Ukrayna prezidenti ilə ciddi danışıq aparıb. Düzdür, müzakirə qiyabi idi, amma bu, danışıqların məğzini yumşaltmır. Hər şeydən əvvəl Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş rəhbəri Pyotr Poroşenkonu səlahiyyətlərindən könüllü əl çəkməsini tələb edib. "İndiki şəraitdə istefa həm sizin üçün həm də dövlət üçün qurtuluş olacaq", - Saakaşvili bildirib.
Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatı keçirilib
04 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə məişət zorakılığına dair elektron məlumat bankının təqdimatı keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, zorakılıq dünyanın ən mühüm problemlərindən biridir və xüsusən də, məişət zorakılığı öz aktuallığı ilə seçilir. Yaşından, cinsindən, təhsilindən, sosial statusundan, sağlamlıq imkanlarından asılı olmayaraq, heç bir insan zorakılığa məruz qalmaqdan sığortalanmayıb: “Dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Bizim məqsədimiz ailədə, məişətdə baş verən zorakılıq hallarının səbəblərini araşdırmaq, onların qarşısının alınması sahəsində mexanizmləri daha da gücləndirməkdən ibarətdir”.
Əmək Nazirliyində Asiya İnkişaf Bankının diaqnostik təlim üzrə missiyası ilə görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə diaqnostik təlimlə (CDS) bağlı ilkin missiyası ilə görüş olub.
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb. Məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Afiq Qəhrəmanov 10 il, Rəşadət Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib.
“Asan İmza” üçün yeni tarif müəyyən edilib
Cari ilin sentyabr ayından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılmışdır. Vergilər Nazirliyindən “Olaylar”a bildirilib ki, dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırılması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədi ilə yeni tarif müəyyən olunmuşdur.
Dövlət komitəsi monopoliya ittihamlarına cavab verdi
Kərə yağının qiymətində artımın baş verdiyi dövrdə, bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb. Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilir ki, qurum bu sahədə inhisarçılığın olmadığını sübut etmək üçün ötən il ölkəyə yağ idxal edilmiş ölkələrin sayını və məhsulların həcmini açıqlayıb:
Prokuror: “Məhkəmə Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib”
Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası başlayıb. Prosesdə dövlət ittihamçısı Anar Məmmədov çıxış edib. Prokuror bildirib ki, birinci instansiya məhkəməsi Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib, ədalətsiz və yüngül cəza təyin edib. Məhkəmənin gəldiyi nəticəni əsassız adlandıran prokuror deyib ki, onun cinayət əməli sübuta yetirilib.
Ermənilərin hərbi maşını qəzaya düşdü - Yaralılar var
Son vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlıqların istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların sayı çoxalıb. Qısa müddət ərzində işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir. Belə ki, işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.
Azərbaycanda söz və fikir azadlığı ənənəsi mövcuddur
Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır.
Azərbaycan öz daxili problemlərini həll etmək iqtidarındadır
“Azərbaycana qarşı ədalətsiz mövqelərə ilk dəfə deyil ki, rast gəlirik. Zaman-zaman ölkəmizin uğurlarını, inkişafını istəməyən qüvvələr Azərbaycana qarşı müxtəlif bəhanələrlə təzyiq etməyə cəhd edirlər ki, son dövrlərdə bir sıra media qurumların üzərindən edilən təzyiq cəhdləri də bu qəbildəndir”.
“Ermənistan ordusu 30-40 ilin silahlarından istifadə edir”
“Ermənistandakı təlimlərin görüntülərini izləyəndə oradakı vəziyyəti aydın görürük. Şahid oluruq ki, təlimlərdə heç bir müasir silahlardan istifadə olunmur. Demək olar ki, 30-40 il əvvələ aid silahları təlimlərdə istifadə edirlər”.
Oxu, ürək dərmanını da yanında saxla...
Polis əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək cinsi azlıqlarla bağlı əməliyyat tədbiri həyata keçirilib. Nəticədə 83 nəfər saxlanılıb. Müayinə zamanı məlum olub ki, onlar dəri-zöhrəvi və müxtəlif ("AİDS”, "HİV”, "sifilis”, "kəskin uretrit, candida albikas və trixomonias”, "Hepatit HVC”) xəstəliklərinin daşıyıcılarıdırlar. Lakin bu vacib əməliyyatı Qərb mediası cinsi azlıqlara qarşı ayrı-seçkilik, təzyiq kimi qələmə verməyə, göstərməyə çalışıb. Bəs bu həbslərin siyasiləşdirilməsində, guya cinsi azlıqların hüquqlarının pozulması kimi qələmə vermiləsində məqsəd nədir?
Yol polisi sürücülərə müraciət etdi - "Diqqətli olun"
Faktiki hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov bildirib ki, bu cür hava şəraiti ilə əlaqədar sürücülər həddindən artıq diqqətli olmalıdırlar.














