Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatı keçirilib
04 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə məişət zorakılığına dair elektron məlumat bankının təqdimatı keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, zorakılıq dünyanın ən mühüm problemlərindən biridir və xüsusən də, məişət zorakılığı öz aktuallığı ilə seçilir. Yaşından, cinsindən, təhsilindən, sosial statusundan, sağlamlıq imkanlarından asılı olmayaraq, heç bir insan zorakılığa məruz qalmaqdan sığortalanmayıb: “Dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Bizim məqsədimiz ailədə, məişətdə baş verən zorakılıq hallarının səbəblərini araşdırmaq, onların qarşısının alınması sahəsində mexanizmləri daha da gücləndirməkdən ibarətdir”.
4 Oktyabr 2017 16:50 Sosial04 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə məişət zorakılığına dair elektron məlumat bankının təqdimatı keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, zorakılıq dünyanın ən mühüm problemlərindən biridir və xüsusən də, məişət zorakılığı öz aktuallığı ilə seçilir. Yaşından, cinsindən, təhsilindən, sosial statusundan, sağlamlıq imkanlarından asılı olmayaraq, heç bir insan zorakılığa məruz qalmaqdan sığortalanmayıb: "Dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Bizim məqsədimiz ailədə, məişətdə baş verən zorakılıq hallarının səbəblərini araşdırmaq, onların qarşısının alınması sahəsində mexanizmləri daha da gücləndirməkdən ibarətdir". Zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yalnış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları və qeyri- hökumət təşkilatları ilə səmərəli iş birliyi olmasının vacibliyini qeyd edən Komitə sədri ildirib ki, bu işdə bizə əsas dəstək olan Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu, eləcədə digər nüfuzlu beynəlxalq təşkilatlarla birgə çox güclü layihələr keçirir, araşdırmalar aparılır. Sonra "E-box" şirkətinin baş direktoru Şamo Salayev bankın onlayn fəaliyyəti barədə məlumatı təqdim edib.