Gündəm
“Hansı valideyn övladının bu əzablara qatlanmasına razı olar?” – Homoseksual evlilik və fəsadları
İslam dini buyurur ki, “kişinin kişiyə, qadının qadına yaxınlaşması zinadır”. Amma günümüzdə buna məhəl qoymayanların sayı artmaqdadır. Bir növ insanlar homoseksuallıq adlanan bu bəlanın qurbanı olmağa davam edirlər. Özləri azmış kimi evlənib ya övladlığa uşaq götürürlər, ya da dünyaya uşaq gətirirlər. Bəs bu məqamda psixologiya nə deyir? Həmin uşaqların psixoloji durumları və bu cür evliliklərin cəmiyyətə fəsadları nədən ibarət olur?
Peyğəmbəri sevirsən, nəvəsini təhqir edirsən, sən necə müsəlmansan?
Mən dinşünas deyiləm, dini də dərinliklərinə qədər bilmirəm və öyrənməyə də cəhd etməmişəm. Dinşünas olanda da ya gərək Vasim Məmmədəliyev, Hacı Sabir, Nəriman Qasımoğlu olasan, ya da gedib öz işinlə məşğul olasan. Bu mövzuda da yazılar yazmıram. Olur, hərdən bir müəyyən məsələlərə cavab verməyə bilmirsən.
Azərbaycan Avropa İttifaqına niyə üzv olmaq istəmir? - Açıqlama
Latviyanın xarici işlər naziri (XİN) Edqars Rinkeviçs “European Western Balkans” nəşrinə müsahibəsində Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəmədiyini deyib. Rinkeviçs qeyd edib ki, hamı xalqların və hökumətlərin qərarlarına hörmət etməlidir.
"Rusiya bizdən hərbi yardım istəyə bilər" - Sarkisyanın müavini
Bunu Ermənistan müdafiə nazirinin müavini (müdafiə naziri Vigen Sarkisyandır-red) Artak Zakaryan parlamentdə Ermənistanvə Rusiya qoşunlarının birləşməsi ilə bağlı reqlamentin müzakirəsində bildirib.
Aqrar sahənin inkişafı ixrac imkanlarımızı genişləndirir
“Postneft dövründə Azərbaycanın müəyyənləşdirdiyi prioritet inkişaf istiqamətlərindən biri aqrar sektorla bağlıdır. Ölkəmizdə dövlətin qeyri-neft sektorunun mühüm bir qolu kimi kənd təsərrüfatının üstün inkişafının təmin olunmasına güclü siyasi iradə nümayiş etdirməsi isə heç də təsadüfi deyil”.
Bakıda "Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans" keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universieti və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə 12-14 oktyabr tarixlərində Bakıda "Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans" keçiriləcək.
İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir
"İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətindən sonra yeni qlobal terror şəbəkəsi yaratmaq niyyətindədir". Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib. "İŞİD liderləri və digər beynəlxalq terror təşkilatlarının əsas hədəfi dünya terror şəbəkəsini yaratmaqdır", - deyə o bildirib. Onun sözlərinə görə, hazırda terror təşkilatları qüvvələrini Yaxın Şərq regionu ətrafında məqsədyönlü şəkildə yaymaq istəyir.
Aleksandr Novak: “Rusiya şirkətləri İraq Kürdüstanında işini davam etdirəcək”
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki (İKRR) fəaliyyətini davam etdirəcək. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, “Gazprom”, “Rosneft” və digər Rusiya şirkətləri Şimali İraqdakı fəaliyyətlərini davam etdirir və gələcəkdə də davam etdirəcək.
Daha iki xarici şirkət Azərbaycandan getdi
“Globalink Logistics Group Limited”, eləcə də, “Colgate-Palmolive” şirkətləri Azərbaycan bazarını tərk edib. "Vergilər" qəzeti xəbər verir ki, “Globalink Logistics Group Limited” Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsusdur. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirə bilərlər.
Xocavənddə Sərkisyanı Azərbaycan snayperi yox, Qarabağ ermənisi vurub
Ermənistan ordusunun işğalçı birləşmələrinin Azərbaycanın Xocavənd rayonu istiqamətində yerləşən mövqelərindən birində sentyabrın 28-də başından aldığı güllə yarasından ölən hərbi qulluqçu Seyran Sərkisyanla bağlı təfərrüatlar üzə çıxıb. Sərkisyanı Azərbaycan ordusunun snayperi yox, Qarabağdan olan erməni hərbi qulluqçu vurub. Yaralı hospitala aparılarkən yolda keçinib.
Bakıdakı subasma sahələri ilə bağlı SON DURUM - RƏSMİ
Son günlər yağan yağıntıların təsirindən Bakıdakı bir sıra subasma sahələrində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
İki holland əsgər öldü - Müdafiə naziri istefa verdi
BMT qüvvələrinin tərkibində Malidə xidmət edən iki hollandiyalı əsgər həyatını itirib. Hollandiyanın müdafiə naziri Jeanine Hennis bu məsələdə siyasi məsuliyyət daşıdığını əsas gətirərək istefa verib. 2016-cı ilin iyul ayında Kidal qəsəbəsində həyata keçirilən əməliyyat zamanı 60 millimetrlik mina partlayıb, nəticədə iki əsgər həyatını itirib, biri isə ağır yaralanıb. Hollandiya Təhlükəsizlik Araşdırma Şurasının hazırladığı hesabatda bildirilib ki, qəzanın baş verməsinə səbəb təhlükəsizlik sahəsindəki boşluqlar olub.
Yağış vaxtı tıxac olanda polis nə edir? - Açıqlama
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov yağışlı hava şəraiti ilə əlaqədar hazırda yollarda müşahidə edilən vəziyyətdən danışıb.
Özünü güllələyən 17 yaşlı oğlanın analığı: "Bilmirəm tüfəngi haradan və necə əldə edib" - YENİLƏNİB
Ağstafa rayonunda baş vermiş hadisənin bəzi təfərrüatı məlum olub. 1990-cı il təvəllüdlü Emin Yaqubəliyev ov tüfəngi ilə baş nahiyəsinə ataş açaraq intihar edib. İllər öncə anasını itirən E.Yaqubəliyev hadisə zamanı evdə analığı ilə birgə olub.
"Məndən uşağı olmaq istəyən çox kişi var" deyən aparıcı bikinili FOTOsunu paylaşdı
Aparıcı Seda Akgül sosial şəbəkə hesabından bikinili fotosunu paylaşıb. Artıq çəkidən qısa zamanda arıqlamasıyla adından söz etdirən məşhur aparıcı Seda Akgülün paylaşımına yazdığı şərhi təqdim edirik: "İşin, ərin, pulun... Heç bir şeyin köləsi olmayın! Sadəcə, sahib olduqlarınızın əfəndisi olun! Başda inanclarınızın! Heç kim heç kimin əfəndisi deyil.. Yaradandan başqa...














