Özünü güllələyən 17 yaşlı oğlanın analığı: "Bilmirəm tüfəngi haradan və necə əldə edib" - YENİLƏNİB

Ağstafa rayonunda baş vermiş hadisənin bəzi təfərrüatı məlum olub. 1990-cı il təvəllüdlü Emin Yaqubəliyev ov tüfəngi ilə baş nahiyəsinə ataş açaraq intihar edib. İllər öncə anasını itirən E.Yaqubəliyev hadisə zamanı evdə analığı ilə birgə olub. 

Analığı Şərafət Cəbrayılova bildirib ki, hadisə zamanı evdə olsa da hadisəni necə baş verməsindən xəbərsizdir:  "Emin otaqda olan zaman mən həyətdə idim və qəfildən güllə səsi eşidərək otağa daxil oldum. Bizim evdə ov tüfəngi yox idi. Bilmirəm tüfəngi haradan və necə əldə edib. Heç evə nə vaxt gətirdiyini də görməmişəm. Eminin atası Mahir Yaqubəliyev rayon ərazisindəki özəl şirkətlərin birində dəmirçi işləyir və hadisə zamanı işdə olub. Ona hadisənin baş verdiyini də mən demişəm". Hüquq mühafizə orqanları hadisənin qətl olduğunu istisna etmir.  Hazırda hüquq- mühafizə orqanları tərəfindən istintaq aparılır.

***

Ağstafa rayonunda yerli sakin özünü güllələyərək öldürüb. Hadisə rayonun Yenigün kəndi ərazisində baş verib.  Belə ki, həmin kəndin sakini, 30 yaşlı Emin Mahir oğlu Yaqubəliyev özünü güllələyərək öldürüb. Hadisənin baş veridyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31