Gündəm

Ukraynada yanğında ölən dörd azərbaycanlının meyiti Azərbaycana göndərilib

4 Oktyabr 2017 15:12

Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən 4 azərbaycanlının nəşi bu gün Azərbaycana göndərilib. Zaporojye Azərbaycanlıları Cəmiyyətindən  verilən məlumata görə, ölənlərdən birinin nəşi diaspor tərəfindən bu gün Kiyev-Bakı təyyarə reysi ilə, digərlərinin meyiti isə avtomobillə yola salınıb.

Güclü olmaq istəmirəm... Nigar Adil yazır

4 Oktyabr 2017 15:06

Çöldə payız. İçimdə isə yüz ilin görünməmiş “qış”- ını yaşayıram. İşə adapdə olmaq istəyirəm. Baş vermiş hər şeyi, hər kəsi unutmaq üçün. Özümü toparlamağa çalışıram. Saytları açıram. Ölkə saytları da sanki mənimlə bərabər “qış”dadılar. Yetinmirəm, türk, rus, hətta “salam-sağ ol” dan başqa heç nə bilmədiyim ingilis saytlarını, fransız saytlarını açıram. Bu qar əriməlidi, nəsə məni ovutmalıdı, nəsə mənə ümid verməlidi ümidi ilə...

Azercell-in növbəti eksklüziv ofisi indi Bakının Q.Qarayev prospektində  

4 Oktyabr 2017 15:04

Abunəçilərinin operativ və keyfiyyətli xidmətlərdən istifadəsini təmin etmək üçün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artıran Azercell daha bir mağazasının açılışını edib. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 30\42 ünvanında istifadəyə verilən Eksklüziv ofis 121 m2 ərazidə abunəçilərə xidmət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunan bu ofis unikal Nordic konsepsiyasına uyğun olaraq qurulub.

İrəvanda parlamentin qarşısında etiraz aksiyası

4 Oktyabr 2017 15:00

Ermənistan parlamentinin önündə "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçirib. Etirazçılar deputatlardan "Nairit" zavodunun yenidən açılmasını tələb ediblər.

Erməni hərbçi əsgər yoldaşını güllələdi

4 Oktyabr 2017 14:51

Ermənistan ordusunda daha bir qanlı insident baş verib. Nəticədə Ermənistandan zorla Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə xidmətə gətirilən ermənistanlı hərbi qulluqçu yaralanıb. Belə ki, Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı, əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan, əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb. 

Müsəlmanlar Avropanı "fəth" edir - 40 ildən sonrakı vəziyyət

4 Oktyabr 2017 14:46

40 ildən sonra Avropanın əhalisi öz yerini müsəlmanlara verəcək. Bu barədə Fransalı iqtisadçı Çarlz Havın demoqrafik tədqiqatı ilə bağlı “The Washington Times” nəşrində gedən məqaləsində qeyd olunub.

DGK gömrük orqanlarına xidmətə qəbula aydınlıq gətirib

4 Oktyabr 2017 14:41

Son vaxtlar gömrük orqanlarına xidmətə qəbulda iştirak edən vətəndaşlar arasında guya qəbul prosesinin qeyri-obyektiv aparılmasına dair fikirlərə təsadüf edilir. “Olaylar” xəbər verir ki, Dövlət Gömrük Komitəsi xatırladır ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir: test üsulu ilə imtahan və müsahibədən.

Azərbaycan OPEC+ sazişinə sentyabrda da əməl edib

4 Oktyabr 2017 14:39

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib. Energetika Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlik Azərbaycanın cari ilin sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Evdən oğurluq edən şəxs saxlanıb

4 Oktyabr 2017 14:37

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cəsur Süleymanov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 2-də rayon ərazisindəki evlərdən birindən 70 manat və kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəsur Süleymanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Avtomobil piyadanı vurub öldürdü

4 Oktyabr 2017 14:35

Bakının Nərimanov rayonunun A.Nemətulla küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Əvvəlcə həmkəndlisini sonra isə özünü güllələdi

4 Oktyabr 2017 14:34

Xaçmaz rayon sakini odlu silahla özünə də xəsarət yetirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib.

Avropadakı separatizm dalğası Kremli qabaqlayıcı tədbirlərə sövq edir

4 Oktyabr 2017 14:33

Son illərdə müstəqillik, muxtariyyat adı altında dünyanın fərqli ölkələrində baş qaldıran separatizm meyilləri günümüzdə Avropanı ciddi şəkildə təhdid etməyə başlayıb. İş o yerə çatıb ki, qoca qitənin bir neçə ölkəsi hazırda separatimzdən əziyyət çəkir. Hər halda son günlər İspaniyanın Kataloniya bölgəsində yaşanan olaylar belə deməyə əsas verir. Düzdür, katalonların müstəqillik arzusuna mərkəzi Madrid, eləcə də qitənin digər ölkələri, Qərb nomal baxmasa da, ancaq görünən odur ki, proseslər Avropada separatizmin geniş şəkildə vüsət almasına doğru gedir.

Aşura günü bədənə ziyan vurmaq halaldır, yoxsa haram? – İslam alimlərinin mövqeyi

4 Oktyabr 2017 14:31

Aşura günü ilə bağlı İslam düşmənləri də bütün cəhdləri ilə mübarizə aparır və kimlərinsə düşüncəsiz şəkildə atdığı addımları din adından yayımlayırlar. Təkcə bir fakta diqqət etmək kifayətdir ki, "Google" kimi ən məşhur axtarış brauzerində "Ashura" sözü yazıb axtarışa verdikdə, ancaq baxılması mümkün olmayan qanlı şəkillər ortaya çıxır. Və fotoları yayan media orqanlarının hamısı Qərbin apardığı təbliğatın əsas ruporlarındandır. Amma heç bir İslam alimi bu cür əməlləri qəbul etmir və konkret haram bilir.

Ərdoğan İrana gəldi

4 Oktyabr 2017 14:24

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gəlib. Səfər çərçivəsində R.T.Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək. Görüş zamanı prezidentlər Suriya böhranını, İraqdakı vəziyyəti, eləcə də İraqın kürd muxtariyyətinin "müstəqillik haqqında referendumu"nun nəticələrini müzakirə edəcəklər.

Oqtay Əsədov Ukraynanın xarici işlər naziri ilə görüşüb

4 Oktyabr 2017 14:11

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, spiker bildirib ki, ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqları müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir.Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dövlət başçılarının görüşləri, aparılan danışıqlar münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir: “Bu gün müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir.