Oqtay Əsədov Ukraynanın xarici işlər naziri ilə görüşüb

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, spiker bildirib ki, ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqları müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir.Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dövlət başçılarının görüşləri, aparılan danışıqlar münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir: “Bu gün müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, spiker bildirib ki, ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqları müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir.Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dövlət başçılarının görüşləri, aparılan danışıqlar münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir: "Bu gün müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir. Biz Ukrayna ilə əlaqələrimizin inkişafını xalqlarımızın rifahı naminə hər iki tərəf üçün önəmli hesab edirik". Spiker deyib ki, əlaqələrimizin dərinləşməsində parlamentlər mühüm rol oynaya bilər. Bu baxımdan deputatlarımızın qarşılıqlı səfərləri və nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaları təqdirəlayiqdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəmizə məsul vəzifədə ilk səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını söyləyib. Bildirib ki, Ukrayna Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrini dərinləşdirmək niyyətindədir. Qonaq bu sahədə parlamentlərin rolunun əhəmiyyətini vurğulayaraq, qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsini önəmli hesab edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31