Avtomobil piyadanı vurub öldürdü
Bakının Nərimanov rayonunun A.Nemətulla küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
4 Oktyabr 2017 14:35 SosialBakının Nərimanov rayonunun A.Nemətulla küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır. Həmçinin oktyabrın 3-də saat 22 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisində Bakı şəhər sakini Samirə Həmzəyeva idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Nemət Abdullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.