DGK gömrük orqanlarına xidmətə qəbula aydınlıq gətirib

Son vaxtlar gömrük orqanlarına xidmətə qəbulda iştirak edən vətəndaşlar arasında guya qəbul prosesinin qeyri-obyektiv aparılmasına dair fikirlərə təsadüf edilir. “Olaylar” xəbər verir ki, Dövlət Gömrük Komitəsi xatırladır ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir: test üsulu ilə imtahan və müsahibədən.

Son vaxtlar gömrük orqanlarına xidmətə qəbulda iştirak edən vətəndaşlar arasında guya qəbul prosesinin qeyri-obyektiv aparılmasına dair fikirlərə təsadüf edilir. "Olaylar" xəbər verir ki, Dövlət Gömrük Komitəsi xatırladır ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir: test üsulu ilə imtahan və müsahibədən.

Qeyd olunan əsasnaməyə uyğun olaraq, yaşı 30-u keçməmiş və müvafiq ixtisas üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.Test imtahanı sual kitabçasından və cavab kartından istifadə etməklə həyata keçirilir. Sual kitabçası 100 sualdan ibarətdir və 2 (iki) saat müddətində hər bir namizəd həmin sualları cavablandırmalıdır.Test imtahanında müvəffəqiyyət qazanan namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanırlar. Məqsəd namizədlərin gömrük orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etməkdir.Hər iki mərhələdən müvəffəqiyyətlə çıxmış namizədlər müsabiqədən keçmiş hesab edilirlər: "Təəssüf ki, bəzən test imtahanında yüksək bal toplayan namizədlər növbəti mərhələdə iştirak zamanı eyni uğuru təkrarlaya bilmirlər. Bu hal həmin namizədlərdə və onların yaxın çevrəsində təəccüb doğura bilər.Təəssüf doğuran hal ondan ibarətdir ki, prosesin şəffaf şəkildə həyata keçirilməsi, ən layiqli namizədlərin kənarda qalmaması üçün bütün labüd addımlar atılmasına baxmayaraq, xüsusilə ikinci mərhələdən keçə bilməyənlər arasında elementar etik davranış qaydalarına riayət edə biməyənlərə də rast gəlinir və bu kimi vətəndaşlar müxtəlif şəxslərin xahiş, kömək, təsir və təzyiqi, eləcə də digər vasitələrlə istəklərinə nail olmağa çalışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31