Avropadakı separatizm dalğası Kremli qabaqlayıcı tədbirlərə sövq edir
Son illərdə müstəqillik, muxtariyyat adı altında dünyanın fərqli ölkələrində baş qaldıran separatizm meyilləri günümüzdə Avropanı ciddi şəkildə təhdid etməyə başlayıb. İş o yerə çatıb ki, qoca qitənin bir neçə ölkəsi hazırda separatimzdən əziyyət çəkir. Hər halda son günlər İspaniyanın Kataloniya bölgəsində yaşanan olaylar belə deməyə əsas verir. Düzdür, katalonların müstəqillik arzusuna mərkəzi Madrid, eləcə də qitənin digər ölkələri, Qərb nomal baxmasa da, ancaq görünən odur ki, proseslər Avropada separatizmin geniş şəkildə vüsət almasına doğru gedir.
4 Oktyabr 2017 14:33 DünyaMoskva muxtar respublikalarda rusları mərkəzi hakimiyyətə gətirir
Son illərdə müstəqillik, muxtariyyat adı altında dünyanın fərqli ölkələrində baş qaldıran separatizm meyilləri günümüzdə Avropanı ciddi şəkildə təhdid etməyə başlayıb. İş o yerə çatıb ki, qoca qitənin bir neçə ölkəsi hazırda separatimzdən əziyyət çəkir. Hər halda son günlər İspaniyanın Kataloniya bölgəsində yaşanan olaylar belə deməyə əsas verir. Düzdür, katalonların müstəqillik arzusuna mərkəzi Madrid, eləcə də qitənin digər ölkələri, Qərb nomal baxmasa da, ancaq görünən odur ki, proseslər Avropada separatizmin geniş şəkildə vüsət almasına doğru gedir. Artıq bir sıra Avropa ölkələrində də bu tip çağırışlar səslənməkdədir. Paralel olaraq Şimali İraqda yaşanan son prosesləri də məhz separatizmin yayılması kimi dəyərləndirmək olar. Belə ki, Şimali İraqda bir neçə gün əvvəl müstəqillik referendumunun keçirilməsi və "Kürdüstan"ın yaradılmasına hesablanmış atılan addımlar Avropanın bir parçası sayılan Türkiyə üçün ciddi təhdid rolunu oynayır. Hər nə qədər rəsmi Ankara buna öz etirazını bildirsə də, lakin beynəlxalq birlik, Avropa, Qərb "Kürdüstan" ideyasının gerçəkləşməsinə qarşı hər hansı bir addım atmağa maraqlı görünmür.
Onu da qeyd etmək lazımdır ki, qoca qitəni təhdid edən separatizm Avropanın qonşularını adekvat addımlar atmaq məcburiyyətində qoyub. Belə ölkələrdən biri də Qərbin, Avropanın əzəli rəqibi Rusiya Federasiyasıdır. Hər nə qədər Avropada separatizmin artması, qitə ölkələrinin parçalanması rəsmi Moskvanın maraqlarına xidmət etsə də, lakin Kreml də separatizmin bir gün onun qapısını döyəcəyindən ehtiyatlanır. Elə bu səbəbdən dolayı Rusiya indidən gələcəkdə baş verə biləcək təhlükələri önləmək üçün addımlar atır, müəyyən islahatlar həyata keçirir. Elə federasiyanın mərkəzləşdirilmiş qaydada idarəedilməsinə yönəlik təşəbbüslər, atılan addımlar da buna hesablanıb. Rusiya Federasiyasının tərkibində mövcud olan bir sıra muxtar qurumlarda rəhbər vəzifələrin Kremlin təkidi ilə dəyişdirilməsi, onların yerinə Moskvaya daha sıx bağlı olan fiqurların gətirilməsi Rusiyanın separatizmə qarşı qabaqlayıcı addımlarının əyani sübutu sayıla bilər. Bu günlərdə Dağıstanda mərkəzi hakimiyyətin Kremlin istəyi əsasında dəyişdirilməsinin arxasında da mıhz qeyd etdiyimiz məqam dayanır. Təsadüfi deyil ki, elə əksəriyyət ekspert və analitiklər də bu qənaətdədirlər ki, Kremlin federasiyanın tərkibində olan muxtar qurumlarda mərkəzi idarəçiliyin dəyişdirilməsi gələcəkdə mümkün separatizm təhlükələrindən sığortalanmağa hesablanıb. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Rusiya prezidenti Vladimir Putin Fedrasiyanın respublikalarını artıq mərkəzləşdirilmiş qaydada idarə etməyə başlayır. Respublikaların daxili müstəqillikləri tədricən ləğv edilir. Onun sözlərinə görə, Rusiya ərazisində yaşayan millətlərin öz respublika ərazisində öz dillərinin icbari tədrisini də ləğv etməyə çalışır: "Tatarıstanın artıq daxili müstəqilliyi əlindən alınır. Respublikalar arasında geniş müstəqilliyə məhz Tatarıstan malik idi. Başqırdıstan, Çuvaşiya və digər subyektlərə qarşı, bu siyasət davam edir. Artıq, rəsmi Kreml respublikaların rəhbərliklərini də rus milləti ilə əvəzləyir. Bu siyasət, mərkəzdən qaçma siyasətin qarşısın almaq və Rusiyanın gələcəkdə hər hansı bir xarici təhdidlərin qarşısını almağa və parçalanmanın qarşısını önləməyə yönəlib". Politoloq bildirib ki, Dağıstan Respublikasına rus millətindən V. Vasilyevi rəhbər təyin etməsi aparılan siyasətin tərkib hissəsidir: "Qeyd edim ki, subyektlətin rəhbərləri əsasən təmsil olunduğu millətin nümayəndələri təyin olunurdu. Putin şimali Qafqazdan başlayaraq, digər respublikalarada rus millətindən rəhbərlər gətirəcək. Məqsəd, vahid və mərkəzləşdirilmiş qaydada ölkəni bir əldə idarə etməkdir. Rusiyanın hazırkı aqressiyası, qonşu ölkələri də təhdid edir. Rəsmi Moskva bu təhdid və təzyiqləri Şərqi Avropa və Azərbaycana və Gürcüstana qarşı həyata keçirir. Şimaldan Azərbaycana qarşı çox ciddi təzyiqlər həyata keçirilir. Rusiya Təhlükəsizlik Şurasının katibi N .Patruşevin Azərbaycana səfəri, Rusiya hərbi gəmilərinin Bakıya yönlənməsi bu təzyiqlərin tərkib hissəsidir. Çünki hazırda Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq üzrə danışıqlar aparır, həmçinin və TANAP və TAP lahiyələrin gerçəkləşməsi, Rusiyanı ciddi narahat edir".
Füzuli