“Hansı valideyn övladının bu əzablara qatlanmasına razı olar?” – Homoseksual evlilik və fəsadları
İslam dini buyurur ki, “kişinin kişiyə, qadının qadına yaxınlaşması zinadır”. Amma günümüzdə buna məhəl qoymayanların sayı artmaqdadır. Bir növ insanlar homoseksuallıq adlanan bu bəlanın qurbanı olmağa davam edirlər. Özləri azmış kimi evlənib ya övladlığa uşaq götürürlər, ya da dünyaya uşaq gətirirlər. Bəs bu məqamda psixologiya nə deyir? Həmin uşaqların psixoloji durumları və bu cür evliliklərin cəmiyyətə fəsadları nədən ibarət olur?
4 Oktyabr 2017 16:05 Sosialİslam dini buyurur ki, "kişinin kişiyə, qadının qadına yaxınlaşması zinadır". Amma günümüzdə buna məhəl qoymayanların sayı artmaqdadır. Bir növ insanlar homoseksuallıq adlanan bu bəlanın qurbanı olmağa davam edirlər. Özləri azmış kimi evlənib ya övladlığa uşaq götürürlər, ya da dünyaya uşaq gətirirlər. Bəs bu məqamda psixologiya nə deyir? Həmin uşaqların psixoloji durumları və bu cür evliliklərin cəmiyyətə fəsadları nədən ibarət olur?
Mövzu ilə bağlı olaraq sualları cavablandıran psixoloq Günay Muradova deyir ki, homoseksual evliliyə rəsmi şəkildə icazə verilməsi sürüklənən cəmiyyətin artıq yaradılması deməkdir: "Çünki əxlaqdan anlayışı olmayan iki şəxsdən "törəyən" üçüncü bir nəfərdən əxlaqlı, tərbiyəli olmasını tələb edə bilmərik. Təbiidir ki, insanın atdığı hər bir addım onun psixoloji, şüuraltı düşüncəsindən irəli gəlir. Mən hər zaman deyirəm ki, normal psixologiyaya sahib olan insan homoseksual evliliyi qətiyyən qəbul etməz və bu addımı atmaz. Amma statistika və nəticələr onu göstərir ki, hamı bu düşüncədə deyil. Fərd olaraq insan qavramalıdır ki, onun övladı bu münasibət daxilində psixoloji travma alacaq. Gün gələcək həmin uşaqlar elə valideynləri tərəfindən cinsi zorakılığa qurban gedəcəklər. Uşaq məktəbə gedərkən sinif yoldaşlarının demək olar ki, hamısının ailə başçılarının qadın və kişi olduğunu gördükdə daha çox əzab çəkəcək. Hansı normal düşüncədə olan valideyn övladının bu əzablara qatlanmasına razı olar? Bu cür evliliklər cəmiyyətin də psixologiyasına mənfi təsir göstərir və nəticədə çox ciddi fəsadlar yaranmağa başlayır".
Psixoloq hesab edir ki, homoseksual evliliyə doğru addım atanlar tamamilə psixologiyası pozulmuş və vaxtı ilə hər hansı bir psixoloji travma yaşamış insanlardır: "Bu insanlar evliliyə yox, ilk növbədə psixoloqa, psixiatra müraciət etməlidirlər. Və onların verdiyi rəy əsasında da hərəkət etməlidirlər. Əks halda bu cür insanlara qarşı çıxanlar hələ də qınaq obyektinə çevrilməkdə davam edəcəklər. Bu münasibətlər birmənalı şəkildə normal qarşılanmamalıdır". Azadinform.az