Bakıda "Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans" keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universieti və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə 12-14 oktyabr tarixlərində Bakıda "Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans" keçiriləcək.
4 Oktyabr 2017 15:54 SosialAzərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universieti və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə 12-14 oktyabr tarixlərində Bakıda "Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans" keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, konfrans hər iki dövlətin elm-təhsil sisteminin inteqrasiyası və sürətlənməsi sahəsində mühüm addım olacaq. Universitet və AMEA-nın institutları daxil olmaqla sözügedən konfransda Türkiyənin 5, Azərbaycanın isə 20-dən çox ali təhsil müəssisələrindən 83 məruzə dinləniləcək. Konfransın elmi istiqamətləri "Müstəqil Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti", "Səfəvi-Osmanlı münasibətləri (XV-XVI əsrlər)", "İqtisadiyyat və Turizm", "Tarix", "Qafqaz İslam Ordusu və Azərbaycan", "Dağlıq Qarabağ problemi: dünən və bu gün", "Ortaq ədəbi və mədəni dəyərlər", "İctimai fikir və şəxsiyyətlər", "Mədəni əlaqələr", "Strategiya, İnkişaf, Hədəflər", "Din və təriqət", "Azərbaycan Xalq Cumhuriyyəti və Türkiyə"," Ortaq tarix", "Azərbaycan-Türkiyə əlaqələri: tarixi təhlil", "Elm və təhsil", "Türklərə qarşı soyqırım siyasəti", "Dil və ədəbiyyat", "Azərbaycan-Türkiyə ədəbi əlaqələri" mövzusunda müəyyən edilib. Oktyabrın 14-də şəhər gəzintisi ilə konfrans öz işini yekunlaşdıracaq.