“Qərbin “rəngli inqilab” ssenariləri Don Kixotun yel dəyirmanıyla mübarizəsinə bənzəyir”

Tunis və Misirdən başlayaraq Gürcüstan, Qırğızıstan, Moldova, Ukrayna kimi gənc postsovet respublikalara qədər olduqca böyük bir siyasi arealda kütləvi iğtişaşları və hakimiyyət çevrilişlərini həyata keçirən Qərbin "rəngli inqilab" sponsorları və strateqləri eyni ssenarini Azərbaycanda da həyata keçirmək üçün dəfələrlə uğursuz cəhdlər ediblər, ancaq hər dəfəsində də biabırçı fiasko ilə üzlə şiblər.

Tunis və Misirdən başlayaraq Gürcüstan, Qırğızıstan, Moldova, Ukrayna kimi gənc postsovet respublikalara qədər olduqca böyük bir siyasi arealda kütləvi iğtişaşları və hakimiyyət çevrilişlərini həyata keçirən Qərbin "rəngli inqilab" sponsorları və strateqləri eyni ssenarini Azərbaycanda da həyata keçirmək üçün dəfələrlə uğursuz cəhdlər ediblər, ancaq hər dəfəsində də biabırçı fiasko ilə üzləşiblər.

Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov özünü Facebook səhifəsində yazıb. O  qeyd edib ki, sözügedən xarici ağalar öz çirkin ssenarilərini nəyin bahasına olursa-olsun həyata keçirmək cəhdlərindən heç cürə əl çəkmək fikrində deyillər: "Onlar sosial media üzərindən də çağırışlar edərək həm radikal müxalifəti, həm də siyasiləşmiş dini kəsimləri bir araya gətirərək mitinqlərin davam etdirilməsinə çalışırlar. Üstəlik də, bu dəfə taktikanı dəyişərək, son vaxtlar müxalifətin və müstəqil medianın "xaç anası" kimi davranan Xədicə İsmayılı da Əli Kərimli - Cəmil Həsənli cütlüyünə qoşaraq nəzərdə tutulan mitinqləri daha da təsirli hala gətirmək istəyirlər". Partiya sədri əlavə  edib ki,  Azərbaycanda qarışıqlıq yaratmaq istəyən həmin qüvvələr Əli Kərimli-Cəmil Həsənli cütlüyü kimi Xədicə İsmayılın da heç bir ciddi elektorata, ictimai dəstəyə malik olmadığını ya bilmirlər, yadaki görmək və qəbul etmək istəmirlər: " Bu da o deməkdir ki, Qərbin Azərbaycandakı mitinq cəhdləri və "rəngli inqilab" ssenariləri Don Kixotun yel dəyirmanı ilə mənasız mübarizəsinə bənzəyir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31