Gündəm

İşsizlik insanı yaşlandırır?

4 Oktyabr 2017 19:09

Böyük Britaniyada yerləşən İmperial Kollecinin və Finlandiyanın Oulu Universitetinin elm adamları maraqlı məlumat əldə ediblər.  Onlar bildiriblər ki, iki ildən çox işsiz qalan kişilərdə yaşlanma səbəbi kimi bilinən qısa telomerlər, digər həmcinslərinə görə fərqli olur.

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

4 Oktyabr 2017 19:04

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.   Jak Dyuboşe (İsveçrə), Yoahim Frank (ABŞ) və Riçard Hederson (Britaniya) yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskopun hazırlanmasına görə bu mükafata layiq görülüblər.

Uşaqlı qadının sevgilisinə xəyanəti dəhşətli sonla nəticələndi 

4 Oktyabr 2017 19:00

Qadının xəyanəti onun ölümü ilə nəticələnib. Qısqanc oğlan bir qız anası olan sevgilisini uşağın gözü qarşısında bıçaqlayıb.  Britaniyada 22 yaşlı Dylan Harries 19 yaşlı və bir qızı olan Katrina Evemy-ni öldürməkdə təqsirləndirilir.

Alimlər: Çox dil bilmək beyin xəstəlikləri riskini azaldır

4 Oktyabr 2017 18:55

Son araşdırmalardan məlum olub ki, birdən artıq dildə danışmaq bir sıra beyin xəstəlikləri riskini azaldır. Hindistanda aparılan tədqiqatda 240-ı alzheymer xəstəsi olmaqla, 66 yaşlı 650 nəfər iştirak edib. İştirakçılardan 391 nəfəri 2 və ya daha artıq dildə danışan insanlar olub. Alimlər müəyyən ediblər ki, bu insanlarda alzheymer xəstəliyi 1 dildə danışanlarla müqayisədə daha gec, 4.5 il sonra başlayır. Təhsil səviyyəsinin araşdırmaların nəticələrinə təsiri olmayıb.

Diqqət: Yuxu insan beynini zəhərlərdən təmizləyir

4 Oktyabr 2017 18:49

Alimlərə görə, beyin bütün gün ərzindəki düşünmə prosesində yığılıb qalmış toksinlərdən yuxu zamanı təmizlənir. Amerika alimlər qrupunun gəldiyi nəticəyə görə "beynin zir-zibildən təmizlənməsi" sistemi yuxunun əsas səbəblərindən biridir. Belə ki, yuxu zamanı beyin hüceyrləri yığılır və beləliklə, neyronlar arasında məsamələr yaratmaqla ora mayenin daxil olmasına imkan verir.

Alkoqol və onun sağlamlığa təsiri

4 Oktyabr 2017 18:44

Alkoqolizm, etil spirtinin mütəmadi qəbulu zamanı yaranan, özündə bioloji, psixi, ruhi və sosial problemləri cəmləşdirən xroniki gedişə malik olan narkoloji xəstəlikdir.

Oğlan internetdə tanış olub, üzünü görmədiyi qıza 35 min xərclədi, qız "yoxa çıxdı"

4 Oktyabr 2017 18:40

Türkiyənin Gaziantep şəhərində yaşayan 25 yaşlı oğlan dələduzluqla bağlı polisə şikayət edib. M.K. internetdə tanış olduğu, heç üzünü belə görmədiyi 23 yaşlı  "sevgilisi" Özlem S.G.-ni polisə verib. Oğlan şikayətində bildirib ki, sosial şəbəkədə tanış olub, yazışdığı Özlem onu aldadaraq soyub. Belə ki, qız bir müddət yazışdıqdan sonra əvvəlcə oğlana telefon almaq istədiyini, bunun üçün pulunun çatmadığını söyləyib, oğlan isə ona 2 min lirə (təxminən 1000 manat) göndərib. Qız daha sonra oğlanın saflığından istifadə edib və onu əri kimi gördüyünü söyləyib və yalanlarla onun xeyli pulunu alıb. Özlem pulları bank vasitəsi ilə götürdükdən sonra nömrəsini dəyişib, hesabını bağlayıb.

Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti arasında

4 Oktyabr 2017 18:35

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb. 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.  Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.   

ŞOK İDDİA: Rəngli gözlərə sahib olmaq risklidir"

4 Oktyabr 2017 18:30

Rəngli gözlərə sahib olmaq cəlbedici olsa da gözün rənginə görə müxtəlif riskləri olurmuş. Məlumata görə rəngli gözlərdə göz infeksiyaları gözqapağında və arpacıqda iltihaba yol açır. Göz qapaqlarındakı yağ vəzilərinin tıxanması nəticəsində gözyaşı ehtiyacı olandan daha az yağa məruz qalır və asan bir şəkildə buxarlaşır. Bu da gözlərdə yanma, qaşınma və rahatsızlıq hissi yaradır.

Totti məşqçilik kursunu yarımçıq qoydu

4 Oktyabr 2017 18:21

"Roma"nın əfsanəvi kapitanı Françesko Totti məşqçilik lisenziyası almaq üçün qeydiyyatdan keçdiyi kursu yarımçıq qoyub. Bu barədə İtaliya Məşqçilər Assosiasiyası məlumat yayıb. Bildirilir ki, Totti bu dönəmdə kursa getməsinin mümkün olmadığını və bu səbəbdən belə addım atdığını quruma söyləyib. Tottinin yerinə kursa "Roma"nın digər sabiq futbolçusu Simone Perrotta gedəcək.

Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişafında xidmətləri olan şəxslər təltif edilib

4 Oktyabr 2017 18:20

Prezident İlham Əliyev Oleq Polumordvinovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Oleq Anatolyeviç Polumordvinov "Tərəqqi" medalı ilə təltif edilsin. Eyni zamanda Prezident İlham Əliyev Denis Afanasyevin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Tənha canavar"ın sevgilisi ABŞ-a aparıldı - VİDEO

4 Oktyabr 2017 18:19

Bazar ertəsi ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində insanları atəşə tutaraq ölkə tarixində ən qanlı, genişmiqyaslı gülləbaranı gerçəkləşdirmiş 64 yaşlı Stiven Peddokun sevgilisi Meril Denli Filippinin paytaxtı Maniladan ABŞ-a yollanıb.

Mourinyonun adına küçə verildi

4 Oktyabr 2017 18:15

"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Joze Mourinyo dünən doğma şəhəri Setubala gedib. Mourinyonun doğulduğu şəhərdə onun adına küçə verilib. Mütəxəssis küçənin açılış mərasimində iştirak etmək üçün Setubala gedib. Əvvəllər "Rua da Saude" adlanan küçə bundan sonra "Avenida Jose Mourinho" olacaq. Mourinyo məsələ ilə bağlı fikirlərini bildirib: "Setubal dünyanın yeganə şəhəridi ki, burda mən özüm ola bilirəm

Duyğusal zəkası güclü olan insanların 9 ÖZƏLLİYİ

4 Oktyabr 2017 18:11

Empatiya hissi olan insanların intuitiv xüsusiyyətləri digərlərinə nisbətən daha güclü olur. Belə insanlar özünəməxsus özəllikləri ilə xüsusi diqqət çəkirlər.

Şamaxıda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

4 Oktyabr 2017 18:11

Prezident İlham Əliyev Şamaxı şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.