Gündəm
Bilik Fondu kolleclərdə mühazirələr keçirdi
Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, Bakı Dövlət Sosial-İqtisad Kollecində tədbir keçirilib. Olaylar bildirir ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tələbələrə “Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda mühazirə deyib. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamının mahiyyəti barədə ətraflı məlumat verən F.Salmanov gəncliyin öhdəsinə düşən vəzifələrdən danışıb. Gənc alim kollecin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ona ünvanlanan sualları cavablandırıb.
Yeni sistem robotu virtual kabinədən idarə edəcək
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri “Unity” oyun qurğusundan və “Oculus Rift” virtual reallıq texnologiyasından istifadə edən sistem yaradıblar.
UEFA "Spartak"a qarşı intizam işi açdı
Rusiyanın "Spartak" klubuna qarşı intizam işi açıb. Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində İngiltərənin "Liverpul" komandası ilə ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur.
“iPhone X” smartfonunun əsas özəlliyi bəlli olub
"KGI Securities" şirkətinin analitiki Min-Çi Kuo bildirib ki, "Apple"ın rəqibləri "TrueDepth" kamerasının yaradılması zamanı istifadə edilmiş texnologiyanı yaratmaq üçün 2 ildən çox vaxt sərf etməli olacaqlar.
“Instagram”da sorğular aparmaq mümkün olacaq
Məşhur “Instagram” sosial şəbəkəsi yeniliklərin inkişafını və tətbiqini davam edərək iki cavab variantından ibarət kiçik sorğunun keçirilməsinə imkan verən“Stories” bölməsini yeniləyib. Hazırda yenilənmədən bütün istifadəçilər yararlana bilməsə də, tezliklə onu hamı sınaqdan keçirmək imkanı əldə edəcək.
Muğam Mərkəzində “Muğam axşamları” layihəsi davam edir
Beynəlxalq Muğam Mərkəzi 2017-ci ildə də konsert fəaliyyəti ilə yanaşı bir neçə yeni möhtəşəm layihələrə start vermişdir. Azərbaycanın ən qədim xalq musiqisi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş həmin layihələr dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmış və kütləvi informasiya vasitələrində bu layihələr haqqında geniş yazılar dərc edilmişdir. “Muğam axşamları” adlı möhtəşəm layihə də onlardan biridir.
Ən çox satılan smartfonlar məlum olub
“IHS Markit” tədqiqat şirkəti cari ilin birinci yarısında tələbatın yüksək olduğu smartfonların reytinqini açıqlayıb. Gözlənildiyi kimi, “iPhone 7” ən populyar qurğu seçilib, reytinqdə ikinci yeri isə “iPhone 7 Plus” tutub. Beləliklə, “Apple” smartfonları növbəti dəfə dünyada ən çox satılan qurğular statusunu özündə saxlayıb.
Tələbələr şair Əliağa Vahidə həsr olunan tədbirdə
Heydər Əliyev Sarayında şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçirilib. Olaylar bildirir ki, tədbirdə tanınmış sənətkarlar ilə yanaşı Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Ağaəli Kərimzadə, Anar Məcidov, Fikrət Gündüzlü, Hüseynağa Aslanov və Əbülfəz İskəndərli və başqaları işirak edib.
“Huawei” şirkəti 4 kameraya malik smartfon təqdim edib
“Huawei” şirkəti 4 kamera ilə təchiz edilmiş “Nova 2i” smartfonunu təqdim edib. 5,9 düymlük diaqonala malik displeyin təsvir ölçüsü 2160x1080 piksel, tərəflər nisbəti 18:9 təşkil edir. Həmçinin displey 2.5D effektinə və nazik çərçivəyə malikdir.
Həftəsonu Gənc Tamaşaçılar Teatrında
Həftəsonu Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir. Olaylar bildirir ki, teatrda oktyabrın 7-də gündüz 1400-da məktəblilər Azərbaycan uşaq ədəbiyyatının banisi A.Şaiqin “Danışan gəlincik”, 8-də K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” tamaşalarını nümayiş etdirəcəkdir.
Yeni “Android” versiyası ilk dəfə “Google” reytinqinə daxil olub
“Google” şirkəti “Android” əməliyyat sisteminin müxtəlif versiyalarının yayılmasını xarakterizə edən rəsmi statistikanı dərc etməkdə davam edir. Şirkətin məlumatlarında ilk dəfə yeni “Android 8.0 Oreo” versiyası yer alıb.
Muzeylərin yeni saytları təqdim edildi
Oktyabrırın 4-də r Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli şəxsiyyətləri və ictimai xadimlərinin ev və xatirə muzeylərinin yeni veb- saytlarının təqdimatı keçirilib. Olaylar bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov, Baş İdarənin rəisi Vuqar Zeynalov və digər rəhbər işçiləri, Bakı şəhər muzey və kitabxanaların direktorları və media nümayəndələri iştirak ediblər.
Evinə girəndə dəhşətə gəldi: "Hücum edib dişlərini qoluma keçirdi"
İndoneziyada dəhşətli hadisə baş verib. İndoneziyada 1-i uşaq olmaqla, 3 nəfərə xəsarət yetirən piton 37 yaşlı Robert Nababanın evində tapılıb.
Melaniyaya oxşamaq üçün 37 min xərclədi: "İndi mənimlə evlənmək istəyirlər"
ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan 42 yaşlı Klaudiya Siera uzun illər xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün fiziki görünüşündə ciddi problemlər yaşayıb.
Türkay sevgilisinin yarım milyonluq hədiyyəsini geri qaytardı - VİDEO
"Fənərbağça"lı futbolçu Alper Potuk aktrisa Tuvana Türkaya heç kimin asanlıqla rədd edə bilməyəcəyi bir hədiyyə ilə jest edib. Türkiyəli aktrisa Tuvana Türkaya futbolçu sevgilisi Alper Potuk doğum günü hədiyyəsi olaraq 520 min TL-lik son model Audi A5 avtomobili hədiyyə edib.









.jpg)




