Tələbələr şair Əliağa Vahidə həsr olunan tədbirdə

 Heydər Əliyev Sarayında şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçirilib. Olaylar bildirir ki, tədbirdə tanınmış sənətkarlar ilə yanaşı Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Ağaəli Kərimzadə, Anar Məcidov, Fikrət Gündüzlü, Hüseynağa Aslanov və Əbülfəz İskəndərli və başqaları işirak edib.

Heydər Əliyev Sarayında şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş "Böyük Füzulimizin yadigarı mən özüməm" adlı ədəbi-bədii musiqili gecə keçirilib. Olaylar bildirir ki, tədbirdə tanınmış sənətkarlar ilə yanaşı Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Ağaəli Kərimzadə, Anar Məcidov, Fikrət Gündüzlü, Hüseynağa Aslanov və Əbülfəz İskəndərli və başqaları işirak edib.

Ədəbi-bədii musiqili gecədə tanınmış sənətkarlar Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nümunələrini, tələbələr isə "Ey könül, var bu ziyafətdə şərafət bu gecə" meyxanasını, "Mələkdir" və "Gözəldir" qəzəllərini səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31