UEFA "Spartak"a qarşı intizam işi açdı
Rusiyanın "Spartak" klubuna qarşı intizam işi açıb. Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində İngiltərənin "Liverpul" komandası ilə ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur.
4 Oktyabr 2017 19:55 İdmanRusiyanın "Spartak" klubuna qarşı intizam işi açıb. Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində İngiltərənin "Liverpul" komandası ilə ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur.
Bununla bağlı UEFA İntizam Komitəsinin oktyabrın 19-da keçiriləcək iclasında qərar çıxarılacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunun ilk hissəsində "Spartak" azarkeşləri üzərində "UEFA - Mafiya" banneri açmaqla bərabər, fişəng yandırıblar. Həmçinin UEFA Gənclər Liqasında bu kollektivlər arasında baş tutan görüşdə "Liverpul"un hücumçusu Bobbi Adekanye irqçi şüarlarla üzləşib.