Əfv sərəncamının icrası başa çatıb
19:17 Sosial"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyinin Probasiya xidməti üzrə tam təmin edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əfv sərəncamı 20 şəxsə şamil olunub.
"Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 19 nəfər (onlardan 5-i əcnəbidir), azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib", - deyə məlumatda qeyd edilib.
16:49
xxx
Əfv sərəncamının icrası başa çatıb.
Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunub.
Sərəncam ümumulikdə 20 nəfərə şamil olunub. Onlardan 19 nəfəri azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bir nəfəri isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxs olub.
15:03
xxx
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrası Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.
Müəssisədən 4 nəfər azadlığa buraxılıb. Azadlığa buraxılan keçmiş məhkumların hamısı Azərbaycan vətəndaşlarıdır.
14:13
xxx
Prezident İlham Əliyevin imzaladığı"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasına başlanılıb.
Sərəncəm Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.






