Gündəm

Avropalı gənclər Brüsselə toplaşıb

5 Oktyabr 2017 13:57

Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Məryəm Məcidova Brüsseldə keçirilən “LADDER” layihəsi çərçivəsində “Gənclər Dayanıqlı Avropa üçün” adlı tədbirdə və Avropa Gənclər Forumunun Şəbəkə Yığıncağında iştirak edib. “OLAYLAR”-a daxil olan məlumata görə, “Davamlı Avropa üçün Gənclər” tədbirində "2030-cu ildönümünə dair müzakirələr və gənclərin davamlı inkişafda rolu" haqqında müzakirələr baş tutub, daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinin yubileyi üçün CONCORD təşəbbüsünün təqdimatı baş tutub. Tədbirin növbəti günündə Avropa Komissiyası ilə "İnkişaf üzrə Aİ Konsensusu" və gənclər təşkilatlarının Avropa İttifaqının xarici siyasətində rolu mövzusunda fikir mübadiləsi aparılıb.

Əli İnsanovun məhkəməsinin vaxtı bəlli oldu

5 Oktyabr 2017 13:56

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. Məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 14-nə təyin edilib. İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Evdən 5 min manatlıq qızıl aparan tutulub

5 Oktyabr 2017 13:55

Şəmkirdə evdən 5 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Şiraslan Həsənov tutulub.

Rusiya beynəlxalq sərhədləri dəyişməyə cəhdlər göstərir

5 Oktyabr 2017 13:54

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) sentyabr ayında Beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə Rusiya-ABŞ münasibətlərindən danışıb.

Tələbələr “Gənclərin IV Film Festivalı”nda

5 Oktyabr 2017 13:47

Azərbaycan Gənclərinin Filmi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, CinemaPlus, Cinemazadeh, The US-Educated Azerbaijan Alumni Association və Desperado Musiqi Məktəbinin təşkilati dəstəyi ilə “Gənclərin IV Film Festivalı” keçirilib.

Çilidə zəlzələ oldu, Boliviya da "silkələndi" - 5.4 bal

5 Oktyabr 2017 13:46

Çilidə Rixter cədvəli 5.4 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların episentri Çilinin şimalında Kalama şəhərinin 54 kilometrliyində qeydə alınıb. Zəlzələ 1000 metr dərinlikdə baş verib. Məlumata görə, Çilidə baş verən zəlzələ Boliviya da hiss olunub. Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

AFFA "Qəbələ"ni cərimələdi

5 Oktyabr 2017 13:45

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərar qəbul edilib: Topaz Premyer Liqasının 7-ci turunun "Qəbələ" - "Kəpəz" matçında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

5 Oktyabr 2017 13:39

2017-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub. 

Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 18 790 müraciət daxil olub

5 Oktyabr 2017 13:38

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) və Vətəndaşların Qəbulu Mərkəzinə keçən ay ümumilikdə 18 790 müraciət daxil olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 112 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6678 vətəndaşa xidmət göstərilib.

Keçən ay Ceyhan limanından 1,9 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

5 Oktyabr 2017 13:36

2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Millət vəkili şəhid atasının problemini həll edib

5 Oktyabr 2017 13:34

99 saylı Şəmkir kənd Seçki Dairəsini təmsil edən millət vəkili Sona Əliyeva Şəmkir Heydər Əliyev Mərkəzində birinci Qarabağ müharibəsində həlak olmuş şəhid Zaur Abbasovun atası Hacı Abbasovu qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, şəhid atasının müraciəti oğlunun işlə təmin olunması ilə bağlı olub. Məsələ yerindəcə həll edilib.

Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdi

5 Oktyabr 2017 13:21

Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı qərar çıxarıb. Yaxın günlərdə Ermənistan hökuməti Ədliyyə Nazirliyinə 3900 avro məbləğində vəsait ayıracaq.

Erməni deputatlar parlamentdə dava saldı

5 Oktyabr 2017 13:19

Ermənistan parlamentinin bu gün keçirilən iclasında deputatlar arasında dava düşüb. Bu barədə erməni parlamentinin deputatı, “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan öz “Facebook” hesabında yazıb. O, qeyd edib ki, həmkarı Artaşes Qeğamyan fasilə zamanı onun üzərinə yumruq zərbələri endirib: “Parlamentin dəhlizində A. Qeğamyan yumruqla mənim üzərimə hücum etdi. Mən uğurla müdafiə olundum.

"Renat 1 milyon avroya yığmaya cəlb edilib" - Çex mətbuatı

5 Oktyabr 2017 13:18

Azərbaycan millisi bu gün DÇ - 2018-in seçmə mərhələsində Çexiyanı qəbul edəcək. Bu maçt ərəfəsində Çexiya saytlarının birində ölkəmizdəki milliləşdirmə siyasəti ilə bağlı yazı dərc olunub. "Dili bilməyirsən? Vacib deyil. Bizim üçün futbol oynaya bilərsən. Braziliyalı indi Azərbaycana məxsusdu" sərlövhəli məqalədə milliləşdirilmiş futbolçular - Riçard Almeyda və Renat Dadaşov haqqında danışılıb.

Dələduzluqda təqsirləndirilən baş redaktor vəzifəli şəxslərin adından istifadə edib

5 Oktyabr 2017 13:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ata yolu" adlı qəzetin dələduzluqda təqsirləndirilən baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. S. Nəsirova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Sonra zərərçəkmiş şəxslər ifadə verib.