Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı qərar çıxarıb. Yaxın günlərdə Ermənistan hökuməti Ədliyyə Nazirliyinə 3900 avro məbləğində vəsait ayıracaq.

Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı qərar çıxarıb. Yaxın günlərdə Ermənistan hökuməti Ədliyyə Nazirliyinə 3900 avro məbləğində vəsait ayıracaq.

Avropa Məhkəməsinin 4 may tarixli qərarına əsasən "ÇAP" MMC-nin Ermənistana qarşı qaldırdığı iddiaya görə, bu ölkənin Ədliyyə nazirliyi 4 noyabr tarixinədək qeyd olunan vəsaiti ödəməlidir. 

Xatırladaq ki, "Çap" MMC özəl şirkəti 1999-cu ildə Gümrü şəhərində yaradılıb. 2005-ci ildə şirkət "Qala.TV" televiziya şirkətini təsis edib. Şirkət 2007-ci ildə aparılan vergi yoxlamalarından sonra reklamlardan gələn gəlirləri gizlətməklə vergidən yayınmada ittiham olunub.

Şirkətdən 51 min avro ödənilməsi tələb olunub. İttiham Televiziya və radio ictimai komissiyasının sənədləri, o cümlədən "Qala.tv"də reklam yerləşdirən iş adamının şikayətinə əsasən irəli sürülüb. Nəticədə AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinin ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı tələblərinin pozulması barədə qərar qəbul edib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31