Gündəm

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

5 Oktyabr 2017 13:12

Futbol üzrə Azərbaycan Kubokunun 2017/2018 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 18 komandanın qatılacağı tədbir oktyabrın 6-da AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 13:00-da başlayacaq.

İsveç aeroportunda HƏYƏCAN - Təhlükəli əşya aşkar edildi

5 Oktyabr 2017 13:10

İsveçin Qeteborq şəhər polisi yerli Landvetter aeroportunda təhlükəli əşya aşkar edib. Hazırda polis həmin əşyanı tədqiq edir. Qeteborq polisinin media üçün yaydığı məlumatda deyilir ki, təhlükəsizlik nəzarəti aparatı həmin əşyaya təhlükəli predmet olaraq siqnal reaksiyası verib. Hadisə ilə əlaqədar aeroportda uçuş zalının ətrafı nəzarətə götürülüb. Əşya ilə bağlı başqa detal açıqlanmayıb.

"Qarabağ"ın rəqibində itki

5 Oktyabr 2017 13:01

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma"da itki baş verib. "Canavarlar"ın yarımmüdafiəçisi Lorenzo Pelleqrinisıradan çıxıb.  Belə ki, DÇ-2018-in seçmə mərhələsində Makedoniya və Albaniya ilə oyunlar üçün İtaliya millisinə dəvət edilən 21 yaşlı yarımmüdafiəçi yığmanın düşərgəsində zədələnib. Əzələsində ağrı hiss edən gənc oyunçunun təxminən 10 gün futbol oynaya bilməyəcəyi açıqlanıb. Pelleqrininin A seriyasının növbəti turunda oktyabrın 14-də "Napoli"yə qarşı keçiriləcək matça yetişməsi gözlənilir.

Azərbaycandakı sürüşmə sahələri aktivləşdi - SON DURUM

5 Oktyabr 2017 13:00

Respublika ərazisindəki əsas sürüşmə sahələrində son durum açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  açıqlamasında bildirib ki, son günlər güclü yağıntılar nəticəsində Abşeron yarımadasında Bozdaş, Hökməli sürüşmə sahələrində aktivlik hələ də davam edir. Həmçinin, Binəqədi rayonunun Zəli gölü deyilən ərazisində əvvəllər baş vermiş sürüşmə sahəsində də aktivlik müşahidə olunur. 

Azərbaycanda keçmiş dövlət müşaviri vəfat etdi

5 Oktyabr 2017 12:58

Keçmiş dövlət müşaviri Rafiq İsmayıl vəfat edib. Bu barədə R.İsmayılın oğlu Toğrul İsmayıl özünün Facebook səhifəsində yazıb. Bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən R. İsmayıl bu gün vəfat edib.  

Nəsimi rayonunda Beynəlxalq Müəllimlər günü qeyd edilib

5 Oktyabr 2017 12:55

Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib. Olaylar” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Müəllimlər gününə həsr olunmuş video çarxa baxmışlar. Sonra tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevayanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.

Ekspert: “Aparılan islahatlar ölkəmizin beynəlxalq aləmdəki imicini formalaşdırıb"

5 Oktyabr 2017 12:52

“Azərbaycanın son 10 ildə apardığı daxili və xarici siyasətə nəzər yetirsək görərik ki, aparılan islahatlar ölkəmizin beynəlxalq aləmdəki imicini formalaşdırıb. Bu gün Bakı dünyada beynəlxalq forumların, yarışların keçirildiyi məkana çevrilib. Eyni zamanda ölkəmiz regionda və bütövlükdə bölgədə ciddi siyasi qüvvə kimi qəbul edilir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.

Pərvin Abıyevanın avtomobilinə həbs qoyuldu, maşını cərimə meydançasına aparıldı

5 Oktyabr 2017 12:51

Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib. 99 EP 333 dövlət qeydiyyat nişanlı "Porşe" markalı avtomobil hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları həmin avtomobili idarə edənin vətəndaş Pərvin Abıyevanın olduğunu müəyyən edib və ona avtomobilin cərimə meydançasına aparılmalı olması barədə xəbərdarlıq edib. Lakin aktrisa bu qərarla razılaşmayıb.

Ailənin 13 yaşlı qızları ilə bağlı YALANI canlı yayımda ortaya çıxdı: zorla... - VİDEO

5 Oktyabr 2017 12:47

13 yaşlı qızlarının oğurlandığını iddia edən ailə 8 aydır ondan xəbər ala bilməsə də, canlı yayımda ailənin yalanı ortaya çıxıb. Türkiyənin ATV kanalında yayımlanan proqramda qaçırıldığı iddia olunan 13 yaşlı qız ailəsi tərəfindən zorla nişanlandırıldığı üçün sevdiyi şəxsə qoşulub qaçıb. Üstəlik, qızın 7 aylıq hamilə olduğu da məlum olub.

Senat da təsdiqlədi: hücumu şəxsən Putin SİFARİŞ VERİB

5 Oktyabr 2017 12:45

ABŞ Senatı 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini təsdiqləyib. Bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin başçısı Riçard Burr məlumat verib. Onun sözlərinə görə, bununla da Rusiyanın 2016-cı ildə ABŞ-da seçkilərə müdaxilə etdiyi barədə Amerika kəşfiyyatının tədqiqatını təsdiqlənmiş olub. “Komitənin bütün üzvləri arasında həmrəylik mövcuddur. Biz kəşfiyyatın gəldiyi nəticələrə etibar edirik”, - o vurğulayıb.

“Biz özümüzü müdafiə edə bilmirik” - İrəvan erməni ordusunu Putinin ƏMRİNƏ VERDİ

5 Oktyabr 2017 12:44

Dünən Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı müzakirəyə çıxartdı. Əsas məruzəçi kimi çıxış edən Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil.

Bərdədə 9 yaşlı qızın atası tərəfindən qaçırılmasının TƏFƏRRÜATI- VİDEO

5 Oktyabr 2017 12:42

Bərdənin Əmirli kənd sakini İlahə Məmmədova 9 yaşlı qızı Səmanın illər əvvəl ayrıldığı həyat yoldaşı tərəfindən qaçırıldığını iddia edir. O, bununla bağlı mətbuata müraciət edib. Qızının hətta məktəbə də buraxılmadığını deyib.

Ukraynada avtomobil qumbaraatanla vuruldu

5 Oktyabr 2017 12:40

Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərində naməlum şəxslər qumbaraatandan avtomobili atəşə tutublar. Bu haqda Xarkov vilayətinin polisi feysbuk səhifəsində bildirib.

Fədayə Tacirin sevgilisi olub? - "Mənə zəng edib and içdi ki..."

5 Oktyabr 2017 12:29

Tanınmış müğənni Fədayə Laçın Tacir Şahmalıoğlunun onun haqqında dediyi sözlərə münasibət bildirib.

Evli kişidən hamilə olduğu iddia edilən Damla: "O istəyəcəksə, ola bilər"

5 Oktyabr 2017 12:27

Müğənni Damla evli kişidən hamilə olduğu haqda xəbərlərə, nəhayət, münasibət bildirib. Xəzər televiziyasında verilişlərdən birinin qonağı olan gənc ifaçı iddia edir ki, dediklərini təkzib ediblər: "Mənim müsahibəmi orasını-burasını kəsib səhv təqdim ediblər. Mənim evlilik planım yoxdur.