Fədayə Tacirin sevgilisi olub? - "Mənə zəng edib and içdi ki..."
Tanınmış müğənni Fədayə Laçın Tacir Şahmalıoğlunun onun haqqında dediyi sözlərə münasibət bildirib.
5 Oktyabr 2017 12:29 MədəniyyətTanınmış müğənni Fədayə Laçın Tacir Şahmalıoğlunun onun haqqında dediyi sözlərə münasibət bildirib.
Açıqlama verən müğənni bunları deyib: "Tacir Şahmalıoğlunun mənim haqqımda bu ifadələri deməsinə inanmıram. Özü də mənə zəng edib, and içdi ki, mən bu cür söz deməmişəm. Həmin jurnalistə zəng edib, yenidən bu haqda açıqlama verəcəyini bildirdi. Çünki o, yaşlı-başlı adamdır, gözəl sənətkardır. Biz Tacirlə duet ortağı kimi ayrılandan sonra o, öz yoluna, mən də öz yoluma getmişəm. Bir-birimizin xətrini insan, dost kimi çox istəyirik.
Çəkilişlərə də birgə düşürük, toylarda istək olanda duet də oxuyuruq. İnsanlar bizim duetlərimizi sevə-sevə qəbul edirlər. Bu, sadəcə, bəzi jurnalistlərin bizim aramızı vurmaq üçün etdikləri hörmətsizlikdir. Bu hörmətsizlik böyük hörmətsizliklə qarşılana bilər. O yerə çatdırmasınlar ki, başqa vasitələrə əl atım. İndiyə kimi heç kimlə qalmaqalım olmayıb, heç kimin işinə qarışmamışam. Heç kimə də ixtiyar vermərəm ki, mənim işimə qarışsın".
Müğənni haqqında irəli sürülən heç bir ittihamı qəbul etməyib.
Qeyd edək ki, Tacir Şahmalıoğlu illər öncə Fədayə Laçınla sevgili olduğu etiraf etmişdi. Müğənni "Show time" verilişinə açıqlamasında isə bu faktı inkar edib. Milli.az