Ekspert: “Aparılan islahatlar ölkəmizin beynəlxalq aləmdəki imicini formalaşdırıb"
“Azərbaycanın son 10 ildə apardığı daxili və xarici siyasətə nəzər yetirsək görərik ki, aparılan islahatlar ölkəmizin beynəlxalq aləmdəki imicini formalaşdırıb. Bu gün Bakı dünyada beynəlxalq forumların, yarışların keçirildiyi məkana çevrilib. Eyni zamanda ölkəmiz regionda və bütövlükdə bölgədə ciddi siyasi qüvvə kimi qəbul edilir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
5 Oktyabr 2017 12:52 Siyasət"Azərbaycanın son 10 ildə apardığı daxili və xarici siyasətə nəzər yetirsək görərik ki, aparılan islahatlar ölkəmizin beynəlxalq aləmdəki imicini formalaşdırıb. Bu gün Bakı dünyada beynəlxalq forumların, yarışların keçirildiyi məkana çevrilib. Eyni zamanda ölkəmiz regionda və bütövlükdə bölgədə ciddi siyasi qüvvə kimi qəbul edilir". Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, regionda ölkəmizin imzası və razılığı olmadan heç bir layihə reallaşa bilməz: "Dünyada nadir dövlətlərdənik ki, bütün beynəlxalq təşklatlarla, dövlətlərlə tarazlaşdırılmış siyasət aparırıq. Bütün bunları reallaşdırmaq dünya tarixində az qism ölkəyə nəsib olub. Təbii ki, belə bir məqamda bir müsəlman ölkəsinin bu qədər inkişafı hansısa qüvvələri ciddi şəkildə narahat edəcək. Təsadüfi deyil ki, bu "narahatçılıqlar" prezident və deputat seçkiləri öncəsi daha da intensivləşir. Bu o deməkdir ki, əslində üzdə demokratiya çağırışı edən qüvvələrin bir niyyəti var, daha bir müsəlman ölkəsi viran olsun. Digər bir məqam isə erməni lobbisinin korrupsiya halqası vasitəsi ilə ölkəmizə qarşı apardığı fasiləsiz informasiya savaşından ibarətdir. Bu gün dünyada internet və sosial medianın imkanlarını düzgün qiymətləndirən tərəf qalibdir. Artıq ölkəmizdə bu sahədə peşəkarlaşan vətəndaş cəmiyyəti formalaşmaqdadır. Biz yalnız və yalnız xarici mediaya inteqrə edə bilən sağlam jurnalistika yetişdirməklə xarici təzyiqləri yerindəcə boğa bilərik". Sia.az