Azərbaycanda keçmiş dövlət müşaviri vəfat etdi
Keçmiş dövlət müşaviri Rafiq İsmayıl vəfat edib. Bu barədə R.İsmayılın oğlu Toğrul İsmayıl özünün Facebook səhifəsində yazıb. Bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən R. İsmayıl bu gün vəfat edib.
5 Oktyabr 2017 12:58 SosialKeçmiş dövlət müşaviri Rafiq İsmayıl vəfat edib. Bu barədə R.İsmayılın oğlu Toğrul İsmayıl özünün Facebook səhifəsində yazıb. Bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən R. İsmayıl bu gün vəfat edib.
Qeyd edək ki, Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunda anadan olub. 1992-93-cü illərdə Azərbaycan prezidentinin dövlət müşaviri vəzifəsində çalışıb. Sonralar pedaqoji fəaliyyətini davam etdirib, Bakı Dövlət Universitetinin professoru olub. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31