Gündəm
"Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir"
MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır. Bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.
Qardaş ölkədə yaşayan Şəki Kökənli ədibin şəki həsrəti son bulur...
Türkiyədə yaşayıb-yaradan Şəki kökənli şair-publisist Coşqun Qarabulud (və xanımı) millət vəkili dr. Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycana gəlir.
24 nəfər həbs edildi - 9 nəfər axtarılır
Səhər saatlarında Türkiyə hüquq-mühafizə orqanları DHKP-C terror təşkilatına qarşı uğurlu əməliyyat keçiriblər. Ölkənin İstanbul,Ankara, Kocaeli, Tekirdağ, Kars, Hatay, İzmir, Bolu vilayətlərində 42 ünvanda aparılan əməliyyat – axtarışları nəticəsində 24 nəfər həbs edilib. Həbs olunan şəxslərin üzərində çoxlu sayda silah-sursat, terror təşkilatını təbliğ edən materiallar ələ keçirilib. Təhlükəsizlik qüvvələri axtarışda olan 9 şübhəlinin saxlanılması istiqamətində də əməliyyatlar həyata keçirir.
Mədəniyyət müəssisələrində DƏYİŞİKLİK
Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən bir neçə mədəniyyət müəssisələrinin rəhbərliyində rotasiya qaydasında dəyişikliklər edilib. Olaylar bildirir ki, Q.Abbasov adına mədəniyyət sarayının direktoru Məmməd Rza oğlu Rzayev tutduğu vəzifədən azad olunaraq Şağan qəsəbə klubuna, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini Tofiq Ağarza oğlu Dadaşov isə H.Abbasov adına mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.
Mafiya başçısı ona xəyanət edən kişiyə "yubka" geyindirib, özünü vurdurdu
Türkiyədə çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə həbsxanada olan mafiya başçısına "xəyanət" edən şəxsin fərqli şəkildə özünü cəzalandırması əks olunub. Belə ki, çəhrayı ətək geyinən şəxs əlindəki silahla özünü vurmağa məcbur edilir. O, özünü vurarkan "Mafiya başçıma xəyanət etdim" sözlərini deyir.
Klub prezidenti bankın istədiyi 80 avronu futbolçudan aldı
"Kayserispor"la müqaviləsini birtərəfli qaydada pozaraq ayrılan braziliyalı futbolçu Velliton Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şaryah" klubuna transfer oluna bilmək üçün Türkiyə təmsilçisinə 1,5 milyon avro ödəmişdi. "Kayserispor" prezidenti Erol Bedir transferlə bağlı maraqlı bir məqamı açıqlayıb.
Türkiyəli nazir: "Bu məqam Bakı-Tbilisi-Qars dəmiryoluna üstünlük verilməsinə səbəb ola bilər"
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun yükdaşıma baxımından böyük potensialı var. Bunu açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan oktyabrın 28-də açılışı gözlənilən BTQ-nin əhəmiyyətini şərh edərkən deyib. Nazirin sözlərinə görə, əgər yükdaşımanı təhlil etsək, Çindən Almaniya, Fransa və İngiltərə kimi ölkələrə yükdaşımaların 45-62 gün çəkdiyini görə bilərik: "Əgər bu yükdaşıma Avropa İttifaqı (Aİ) ölkələrinə Türkiyə vasitəsilə icra edilsə, o zaman yükləri 30-45 günə çatdırmaq olar. Bu, məhz həmin dəhlizə üstünlük verilməsinə səbəb ola bilər".
8 nəfər yol qəzasında dünyasını dəyişib
Son üç gündə Azərbaycanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Şöbə rəisi bildirib ki, yağışlı günlərdə – 2-4 oktyabr tarixlərində ölkə yollarında baş vermiş qəzalar zamanı 8 nəfər ölüb, 34 nəfər yaralanıb: “Qəzaların əksəriyyətini avtomobillərin toqquşması və piyadaların vurulması təşkil edib”.
Las-Veqas qatilinin sevgilisi: O, mehriban adam idi
Bir neçə gün əvvəl Las-Veqasda 50-dən çox adamı qətlə yetirmiş Stiven Peddokun sevgilisi onun planları barədə bilmirmiş. Məlumata görə, bu barədə qadının vəkili tərəfindən yayılmış bəyanatında deyilir. 62 yaşlı Merilu Denli bildirib ki, S.Peddok onu Filipppinə yola salarkən o, ayrılacaqlarından qorxub: “Mən Stiveni mehriban, qayğıkeş və sakit adam kimi tanımışam. Mən onu sevirdim və ümid edirdim ki, bizi birgə sakit gələcək gözləyir”.
Son iki gündə 367 nəfər təxliyə edib
Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Fövqəladə Hallar Nazirliyindın “Olaylar”a verilən məlumata görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
5 oktyabr- Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı ilin bu günündə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
İraqın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriləcək
“İraqda davam edən müharibə və siyasi sabitsizlik, bu ölkədə yaşayan muxtəlif millətlərin parçalanmasına və yaşadığı ərazilərin itirilməsinə səbəb olur. İraqda öz tarixi ərazilərində ciddi basqıya məruz qalan Türkman soydaşlarımız tarixin çox ciddi problemi ilə üzləşib”.
Deputatlarımız NATO PA-nın sessiyasına qatılacaqlar
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün bu gün Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.
Ermənilər 91 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.
Mülayim hava şəraiti həftə sonuna qədər davam edəcək - RƏSMİ
Son günlər Azərbaycan ərazisində davam edən yağışlı hava bu gündən başlayaraq tədricən istiləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, oktyabr ayının 5-i gündüz saatlarından sonra temperatur dəyişəcək: “Yaxın günlərdə yağışlı hava şəraiti gözlənilmir.

.jpg)












