Gündəm

Səddamın katibi də imzalamışdı: 2001-ci il tarixli şok sənəd ORTAYA ÇIXDI

5 Oktyabr 2017 11:44

Neçə illərdir dünya gündəminin əsas mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha bir fakt ortaya çıxıb.  Altında ABŞ kəşfiyyatının imzası olan 2001-ci il tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan “Tövhid və Cihad” təşkilatı ABŞ və İsrailin kəşfiyyat qurumları - CİA və MOSSAD-ın əməkdaşlığı ilə qurulub.

Birləşmiş qoşunların yaradılması barədə saziş ratifikasiya edildi

5 Oktyabr 2017 11:42

Ermənistan parlamenti Ermənistan-Rusiya birgə qoşunlarının yaradılması barədə anlaşmanı ratifikasiya edib. 87 nəfər sazişin lehinə, 7 nəfər isə əleyhinə səs verib.

Rusiyadan yeni ittiham

5 Oktyabr 2017 11:40

Rusiya müdafiə nazirliyinin mətbuat kaibi İqor Konaşenkov ABŞ-ı İŞİD-ə kəşfiyyat məlumatı ötürməkdə ittiham edib. İttihama əsasən, Suriyada ABŞ-ın nəzarəti altında olan ərazilərdən Suriya ordusuna hücum edən İŞİD hökumət ordusunun mövqeləri ilə bağlı kəşfiyyat materiallarını amerikalılardan əldə edə bilər.

Rusiya Səudiyyə Ərəbistanına 3 milyardlıq silah satacaq

5 Oktyabr 2017 11:38

Rusiya Səudiyyə Ərəbistanına S-400 “Triumf” zenith-raket komleksi satmağı planlaşdırır. Bu barədə qərar prezident Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz əl Saudun görüşündə əldə olunacaq.

Xarici İşlər Nazirliyindən ermənilərin Cəbrayılda kilsə açmasına REAKSİYA

5 Oktyabr 2017 11:36

Xəbər verdiyimiz kimi, Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar.  İş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib. 

2000 sürücü səs siqnallarına görə cəzalanıb

5 Oktyabr 2017 11:23

“Lüzumsuz olaraq səs siqnallarından istifadəyə görə, 2000-dən artıq sürücü məsuliyyətə cəlb edilib”. Bu barədə  açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, sürücülər biraz sıxlıq yaranan kimi səs siqnallarından istifadə edirlər. “Onlar elə bilir ki, lüzumsuz olaraq səs siqnalından istifadə etməklə yolları tıxaclardan azad edəcəklər. Bu çox yanlış düşüncədir, onlar bununla həm ətrafdakıları narahat edir, həm də belə hal aşkarlandıqda yol  polisi tərəfindən məsuliyyətə cəlb edilib”.

İlham Əliyev Sarkisyanla mümkün görüşü barədə danışıb

5 Oktyabr 2017 11:18

“Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir”.  Bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zaman deyib.

"Bavariya" yenə də "xilaskar"a müraciət etdi

5 Oktyabr 2017 11:16

"Bavariya" baş məşqçi problemini həll etməkdə çətinlik çəkir. İndi də Münhen nəhənginin Yupp Haynkesə müraciət etdiyi bildirilir. 72 yaşlı mütəxəssisdən mövsümün sonuna qədər komandaya rəhbərlik etmək xahiş olunub.

Lerik sakinləri TƏHLÜKƏDƏ - 5 ailə evini tərk etdi

5 Oktyabr 2017 11:09

“Son günlər ölkə ərazisində müşahidə edilən leysan xarakterli yağışlar Lerikdə sürüşmə zonalarını aktivləşdirib”. Bu barədə Lerik rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.

Azərbaycan millisi Çexiyaya qarşı

5 Oktyabr 2017 11:07

Bu gün futbol üzrə Azərbaycanın milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə qarşılaşacaq. Millinin baş məşqçisi Robert Prosineçki start heyətdə Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanovun meydana çıxacaqlarını deyib.

Fətullah Gülənlə əlaqəsi olan amerikalı diplomat saxlanıldı — İstanbula qalmaqal

5 Oktyabr 2017 11:02

Türkiyənin İstanbul şəhərində ABŞ-ın baş konsulluğunun əməkdaşı saxlanılıb. Amerikalı diplomat Metin Topuz Fətullah Gülənlə əlaqədə ittiham edilir. Türk məhkəməsinin bəyanatında deyilir: "Saxlanılan Metin Topuz konstitusiyanı pozmaq və Türkiyə Respublikasında hakimiyyəti devirmək cəhdi ilə ittiham edilir".

Tramp şayiələrə aydınlıq gətirdi — "Tillersona tam etibar edirəm"

5 Oktyabr 2017 11:00

ABŞ prezidenti Donald Tramp xarici işlər naziri Reks Tillerson barədə yeni bəyanat səsləndirib. Tramp dövlət katibi Tillersona tam etibar etdiyini bildirib. Qeyd edək ki, son günlər ABŞ mətbuatında Tillersonun istefa verəcəyi barədə şayiələr dolaşmaqda idi.

MDB-nin xüsusi xidmət orqanlarının nümayəndələri Bakıda

5 Oktyabr 2017 10:58

Bakıda MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət və təhlükəsizlik orqanları bölmələrinin nümayəndələrinin VII regional ekspertlər görüşü və MDBDövlətləri Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın genişləndirilmiş plenar iclası keçirilir. Məlumata görə, görüşdə MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edir. 

"Atletiko" kataloniyalı azarkeşləri stadiona buraxmayacaq

5 Oktyabr 2017 10:54

İspaniya La Liqasında 14 oktyabrda keçiriləcək "Atletiko" - "Barselona" matçı öncəsi Madrid təmsilçisi gözlənilməz qərar alıb. Klub rəhbərliyi "Barselona" azarkeşləri üçün nəzərdə tutulan biletlərin satışa çıxarılmayacağını açıqlayıb. Səbəb olaraq klubun yeni stadionu "Vanda Metropolitano" istiqamətində nəqliyyat problem göstərilib.

ABŞ əsgərləri pusquya düşdü: 3 ölü, 2 yaralı

5 Oktyabr 2017 10:51

Nigeriyanın cənub-şərqində Afrika ilə ABŞ-ın ortaq hərbi avtomobil karvanı pusquya düşüb. Nigerin cənub-şərqində ABŞ hərbçilərinə qarşı təşkil olunan silahlı hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Pusqunun hansı təşkilat tərəfindən təşkil edilməsi hələ ki, təsbit edilməyib.