"Bavariya" yenə də "xilaskar"a müraciət etdi
"Bavariya" baş məşqçi problemini həll etməkdə çətinlik çəkir. İndi də Münhen nəhənginin Yupp Haynkesə müraciət etdiyi bildirilir. 72 yaşlı mütəxəssisdən mövsümün sonuna qədər komandaya rəhbərlik etmək xahiş olunub.
5 Oktyabr 2017 11:16 İdman"Bavariya" baş məşqçi problemini həll etməkdə çətinlik çəkir. İndi də Münhen nəhənginin Yupp Haynkesə müraciət etdiyi bildirilir. 72 yaşlı mütəxəssisdən mövsümün sonuna qədər komandaya rəhbərlik etmək xahiş olunub.
Haynkes bu təklifi qəbul etsə, 4-cü dəfə "Bavariya"nın "sükanı" arxasına keçəcək. O, 2013-cü ildə, Van Qalın istefasından sonra da komandaya xilaskar rolunda qayıtmışdı.
Həmin vaxt "Bavariya" Haynkesin rəhbərliyi altında trebl etməyi bacarmışdı. Bundan sonra o, karyerasını bitirdiyini bildirmişdi. Komanda.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31