Klub prezidenti bankın istədiyi 80 avronu futbolçudan aldı
"Kayserispor"la müqaviləsini birtərəfli qaydada pozaraq ayrılan braziliyalı futbolçu Velliton Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şaryah" klubuna transfer oluna bilmək üçün Türkiyə təmsilçisinə 1,5 milyon avro ödəmişdi. "Kayserispor" prezidenti Erol Bedir transferlə bağlı maraqlı bir məqamı açıqlayıb.
5 Oktyabr 2017 12:08 İdman"Kayserispor"la müqaviləsini birtərəfli qaydada pozaraq ayrılan braziliyalı futbolçu Velliton Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şaryah" klubuna transfer oluna bilmək üçün Türkiyə təmsilçisinə 1,5 milyon avro ödəmişdi. "Kayserispor" prezidenti Erol Bedir transferlə bağlı maraqlı bir məqamı açıqlayıb. Prezident bildirib ki, braziliyalı futbolçu 1,5 milyon avronu banka köçürüb, amma bank puldan 80 avro xidmət haqqı kəsib. Erol Bedir isə 1,5 milyon avro ilə yanaşı 80 avronu da Vellitondan alıb. Fanat.az