Las-Veqas qatilinin sevgilisi: O, mehriban adam idi
Bir neçə gün əvvəl Las-Veqasda 50-dən çox adamı qətlə yetirmiş Stiven Peddokun sevgilisi onun planları barədə bilmirmiş. Məlumata görə, bu barədə qadının vəkili tərəfindən yayılmış bəyanatında deyilir. 62 yaşlı Merilu Denli bildirib ki, S.Peddok onu Filipppinə yola salarkən o, ayrılacaqlarından qorxub: “Mən Stiveni mehriban, qayğıkeş və sakit adam kimi tanımışam. Mən onu sevirdim və ümid edirdim ki, bizi birgə sakit gələcək gözləyir”.
5 Oktyabr 2017 12:00 DünyaBir neçə gün əvvəl Las-Veqasda 50-dən çox adamı qətlə yetirmiş Stiven Peddokun sevgilisi onun planları barədə bilmirmiş. Məlumata görə, bu barədə qadının vəkili tərəfindən yayılmış bəyanatında deyilir. 62 yaşlı Merilu Denli bildirib ki, S.Peddok onu Filipppinə yola salarkən o, ayrılacaqlarından qorxub: "Mən Stiveni mehriban, qayğıkeş və sakit adam kimi tanımışam. Mən onu sevirdim və ümid edirdim ki, bizi birgə sakit gələcək gözləyir".
Qeyd edək ki, oktyabrın 2-də Las-Veqasda musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Peddok insalara "Mandalay Bay Hotel" mehmanxanasının 32-ci mərtəbəsindən atəş açmağa başlayıb. Hadisə nəticəsində 58 nəfər həlak olub, 500-dən artıq insan yaralanıb. Trend.az