Tokayev Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifədən azad edib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayev vəzifəsindən azad edilib.

Qazaxıstanın "Novosti Zakon" portalının məlumatına görə, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Bu vəzifəyə Marat İrmenov təyin olunub.

Yermek Saqimbayev 1967-ci il oktyabrın 11-də anadan olub. O, 1994-2006-cı illərdə Qazaxıstanın milli təhlükəsizlik orqanlarında, 2006-2019-cu illərdə isə Prezidentin Mühafizə Xidmətində müxtəlif vəzifələrdə çalışıb.2021-2022-ci illərdə Dövlət Mühafizə Xidmətinə rəhbərlik edən Saqimbayev 2022-ci ilin yanvarında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31