Quterreş BMT-nin nüvə silahsızlanması təşəbbüsündə iştirak etməyə hazır olduğunu açıqlayıb- ÖZƏL
11:51 SiyasətBirləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya, ABŞ və Çin arasında nüvə silahsızlanması ilə bağlı üçtərəfli təşəbbüs həyata keçiriləcəyi təqdirdə bu prosesdə fəal iştirak etməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Manilada keçirilən ASEAN sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.
Quterreş qeyd edib ki, təşkilat nüvə silahsızlanması proqramının uğurla həyata keçirilməsinə töhfə vermək niyyətindədir. Bununla belə, təşəbbüsün uğurla nəticələnəcəyinə dair heç bir zəmanətin olmadığını vurğulayıb.
"Əgər nüvə silahsızlanması proqramı həyata keçirilərsə, biz fəal iştirak etməyə və onun uğurla reallaşmasına töhfə verməyə hazırıq. Məhz buna nail olmaq istəyirik. Lakin uğur qazanacağımıza dair heç bir zəmanət yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl ABŞ-ın Rusiya və Çinlə üçtərəfli görüşdə strateji sabitlik və nüvə tərksilahı məsələlərini müzakirə etmək istədiyini açıqlamışdı. Onun sözlərinə görə, Çin tərəfi isə belə bir görüşün keçirilməsində maraqlı deyil.