24 nəfər həbs edildi - 9 nəfər axtarılır
Səhər saatlarında Türkiyə hüquq-mühafizə orqanları DHKP-C terror təşkilatına qarşı uğurlu əməliyyat keçiriblər. Ölkənin İstanbul,Ankara, Kocaeli, Tekirdağ, Kars, Hatay, İzmir, Bolu vilayətlərində 42 ünvanda aparılan əməliyyat – axtarışları nəticəsində 24 nəfər həbs edilib. Həbs olunan şəxslərin üzərində çoxlu sayda silah-sursat, terror təşkilatını təbliğ edən materiallar ələ keçirilib. Təhlükəsizlik qüvvələri axtarışda olan 9 şübhəlinin saxlanılması istiqamətində də əməliyyatlar həyata keçirir.
5 Oktyabr 2017 12:17 DünyaSəhər saatlarında Türkiyə hüquq-mühafizə orqanları DHKP-C terror təşkilatına qarşı uğurlu əməliyyat keçiriblər. Ölkənin İstanbul,Ankara, Kocaeli, Tekirdağ, Kars, Hatay, İzmir, Bolu vilayətlərində 42 ünvanda aparılan əməliyyat - axtarışları nəticəsində 24 nəfər həbs edilib. Həbs olunan şəxslərin üzərində çoxlu sayda silah-sursat, terror təşkilatını təbliğ edən materiallar ələ keçirilib. Təhlükəsizlik qüvvələri axtarışda olan 9 şübhəlinin saxlanılması istiqamətində də əməliyyatlar həyata keçirir.
Xəbəri Olayların Türkiyə bürosu yayıb.