Avropalı gənclər Brüsselə toplaşıb
Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Məryəm Məcidova Brüsseldə keçirilən “LADDER” layihəsi çərçivəsində “Gənclər Dayanıqlı Avropa üçün” adlı tədbirdə və Avropa Gənclər Forumunun Şəbəkə Yığıncağında iştirak edib. “OLAYLAR”-a daxil olan məlumata görə, “Davamlı Avropa üçün Gənclər” tədbirində "2030-cu ildönümünə dair müzakirələr və gənclərin davamlı inkişafda rolu" haqqında müzakirələr baş tutub, daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinin yubileyi üçün CONCORD təşəbbüsünün təqdimatı baş tutub. Tədbirin növbəti günündə Avropa Komissiyası ilə "İnkişaf üzrə Aİ Konsensusu" və gənclər təşkilatlarının Avropa İttifaqının xarici siyasətində rolu mövzusunda fikir mübadiləsi aparılıb.
5 Oktyabr 2017 13:57 SosialGənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Məryəm Məcidova Brüsseldə keçirilən "LADDER" layihəsi çərçivəsində "Gənclər Dayanıqlı Avropa üçün" adlı tədbirdə və Avropa Gənclər Forumunun Şəbəkə Yığıncağında iştirak edib. "OLAYLAR"-a daxil olan məlumata görə, "Davamlı Avropa üçün Gənclər" tədbirində "2030-cu ildönümünə dair müzakirələr və gənclərin davamlı inkişafda rolu" haqqında müzakirələr baş tutub, daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinin yubileyi üçün CONCORD təşəbbüsünün təqdimatı baş tutub. Tədbirin növbəti günündə Avropa Komissiyası ilə "İnkişaf üzrə Aİ Konsensusu" və gənclər təşkilatlarının Avropa İttifaqının xarici siyasətində rolu mövzusunda fikir mübadiləsi aparılıb.
Avropa Gənclər Forumunun Şəbəkə Yığıncağında isə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı konsepsiyanın müzakirəsi keçirilib. Yığıncaqda konsepsiyanın inkişafı və bu yolda görülən işlərdən danışılıb. Yığıncaqda həmçinin, mövzu ətrafında təbliğat məsələləri ilə bağlı konkret hədəflər müzakirə olunub.