Erməni deputatlar parlamentdə dava saldı
Ermənistan parlamentinin bu gün keçirilən iclasında deputatlar arasında dava düşüb. Bu barədə erməni parlamentinin deputatı, “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan öz “Facebook” hesabında yazıb. O, qeyd edib ki, həmkarı Artaşes Qeğamyan fasilə zamanı onun üzərinə yumruq zərbələri endirib: “Parlamentin dəhlizində A. Qeğamyan yumruqla mənim üzərimə hücum etdi. Mən uğurla müdafiə olundum.
5 Oktyabr 2017 13:19 DünyaErmənistan parlamentinin bu gün keçirilən iclasında deputatlar arasında dava düşüb. Bu barədə erməni parlamentinin deputatı, "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan öz "Facebook" hesabında yazıb. O, qeyd edib ki, həmkarı Artaşes Qeğamyan fasilə zamanı onun üzərinə yumruq zərbələri endirib: "Parlamentin dəhlizində A. Qeğamyan yumruqla mənim üzərimə hücum etdi. Mən uğurla müdafiə olundum. Bir iki dəfə də ayaqqabımı da onun üzərində parlatdım. İctimaiyyətən üzr istəyirəm. Bu kimi şəraitdə işləməyə məcburam". AzVision.az erməni mətbuatına istinadən xəbər verir.