Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 18 790 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) və Vətəndaşların Qəbulu Mərkəzinə keçən ay ümumilikdə 18 790 müraciət daxil olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 112 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6678 vətəndaşa xidmət göstərilib.
5 Oktyabr 2017 13:38 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) və Vətəndaşların Qəbulu Mərkəzinə keçən ay ümumilikdə 18 790 müraciət daxil olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 112 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6678 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 673 sənəd (1 058 ərizə, 532 məktub, 83 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi, dərs saatların verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı məsələləri əhatə edib.