Gündəm
Musa Qasımlı: “Bu mövqe yalnız bəyəniləndir”
"Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda dayanan vəzifələrə həsr olunmuş iclasındakı çıxışını diqqətlə dinlədim. Bu nitq ölkəmizin gələcək inkişafına, xalqımızın tərəqqisinə dair bütün istiqamətlər üzrə aydın və konkret proqramların olduğunu bir daha təsdiq etdi”. Bunu açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Azərbaycanda 347 nəfər bu xəstəlikdən əziyyət çəkir
Azərbaycanda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri (eşitmə qüsurlu) üzrə sağlamlıq imkanları məhdud və ya əlil statusu almış şəxslərin sayı artıb. Dövlət Statistika Komitəsindən report-a bildirilib ki, keçən il üçün ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 347 nəfər (2015-ci ildə 268 nəfər) təşkil edib. Həmin şəxslərdən 56,5 faizi kişi, 43,5 faizi isə qadındır.
Çilidə 6,3 bal gücündə zəlzələ
Çilinin şimalında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti yeraltı təkanların 6,3 bal gücündə olması barədə xəbər yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 06.32-də Putre yaşayış məntəqəsindən 36 kilometr cənub-qərbdə baş verib.
Atlantik okeanda bu mövsüm 15-ci fırtına formalaşıb
Atlantik okeanda bu mövsüm ərazində 15-ci fırtına formalaşıb. Fırtınaya "Ofeliya" adı verilib. Fırtına Azər adalarından 1383 kilometr cənub-qərbdə formalaşıb. Məlumata əsasən, fırtına hələ ki hər hansı ərazi üçün təhlükə törətmir.
Bakı Şəhəri Təhsil İdarəsindən məktəbdə baş verən insidentlə bağlı AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 151 nömrəli tam orta məktəbdə baş verən insdentlə bağlı açıqlama verib.
Rusiyada 1500 donuz məhv ediləcək
Rusiyanın Krasnoyarsk vilayətində Afrika taunu aşkar edilən bölgədə minə yaxın, yardımçı təsərrüfatlarda isə 500 donuz məhv ediləcək. Bu barədə RİA Novosti Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin regional şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olundu - Ermənistanda
Ermənistanın "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. Bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur.
Payız sessiyasının növbəti iclasının vaxtı açıqlandı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, payız sessiyasının növbəti iclası oktyabrın 20-də keçiriləcək.
Nigeriyada YENİ VİRUS
Nigeriyada yeni virus aşkarlanıb. Olaylar bildirir ki, Nigeriya Xəstəliklərlə İdarə Mərkəzi rəsmiləri ölkənin ən az 7 əyalətində "meymun çiçək virusu" – na (monkeypox) rast gəlindiyini və 31 nəfərin virusa yoluxduğunu bildirib.
Prosineçki Sloveniyadan 800 min avro istədi
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasının sükanı arxasına keçə bilər. Xorvatiyalı mütəxəssis ildə 800 min avro əmək haqqı qarşılığında bu postu tutmağa hazır olduğunu bildirib. Lakin Sloveniya Futbol İttifaqının (NZS) prezidenti Rade Miyatoviç bildirib ki, bu qədər məbləği ödəmək imkanında deyillər: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm.
Mehriban Xanlarovadan müğənniyə ağır ittiham: "Söz burada qalar" - VİDEO
"Maşın Şou" "Xanımlar və cənablar" şüarı ilə yeni iştirakçılarla ilk gününü başa vurub. 9 məşhur qadın və eyni sayda kişi iştirakçılardan ibarət yarışın ilk günü ən çox şəkli çıxan şəxs aktrisa Mehriban Xanlarova olub. O tamaşaçıların səsverməsindən sonra oyunda qalıb və seçimi müğənni Vüqar Muradov olub.
Nastradamusun proqnozu gerçəkləşir: "İrma", "Mariya", "Harvi" haqqında inanılmaz ÖNGÖRÜ
XVI əsrdə Fransada yaşamış həkim Mişel de Nostradamusun özünü doğrultmuş proqnozları onu bizə münəccim kimi tanıdıb. Tarix boyu ən önəmli hadisələr onun daha əvvəl verdiyi proqnozlara uyğun şəkildə cərəyan edib. 1503-1566-cı ilərdə yaşamış Nastradamusun 2017-ci il üçün verdiyi proqnozlar da düz çıxmağa başlayır.
Bu il yaydan payıza keçid dövrü cəmi 4 gün olub
"Bu il yaydan payıza keçid dövrü qısamüddətli olub". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, fəsillər arasında keçid dövrü mart, iyun, sentyabr, dekabr aylarında müşahidə edilir. Keçid dövrlərində hava şəraitində dəyişmələr müşahidə edilir.
ATV-yə yeni vitse-prezident təyin olundu
"Azad Azərbaycan" müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub. Bu yerə bir neçə gün öncə "ARB Kəpəz"dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib. Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.
Etüd müsabiqəsinin yekun sərgisi keçiriləcək
Oktyabrın 13 – də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin Tərənnümü” etüd müsabiqənin yekun sərgisi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd cəmiyyətdə vətən sevgisi və vətənpərvərlik ruhunun inkişafına xidmət etməkdir. Müsabiqəyə əsasən rəssamlar təbiətin qoynunda olduqları zaman ərsəyə gətirdikləri əsərləri təqdim etmişlər. 150-dən çox etüdçü rəssamın, 350-yə yaxın rəsm əsərinin təqdim olunduğu müsabiqənin yekun sərgisi 46 rəssamın, 80-ə qədər işi ilə rəssamların və sənətsevərlərin ixtiyarına veriləcək.














