Payız sessiyasının növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, payız sessiyasının növbəti iclası oktyabrın 20-də keçiriləcək.

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, payız sessiyasının növbəti iclası oktyabrın 20-də keçiriləcək. Gündəliyə 20 məsələ daxil edilib. Onları təqdim edirik: Cinayət Məcəlləsinə dəyişiklik; Mülki Prosessual Məcəlləyə dəyişiklik; İnzibati Xətalar Məcəlləsinə dəyişiklik; "Məhkəmə - Hüquq Şurası haqqında" qanuna dəyişiklik; "Banklar haqqında" qanuna dəyişiklik; Miqrasiya Məcəlləsinə dəyişiklik; "Poçt haqqında" qanuna dəyişiklik; "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik; Ticarət gəmiçiliyi Məcəlləsinə dəyişiklik; "Mədəniyyət haqqında" qanuna dəyişiklik; "Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişiklik; "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik; "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi haqqında"qanun layihəsi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31