Gündəm

Qaçqınları daşıyan qayıq batdı: 23 ölü

10 Oktyabr 2017 12:42

Banqladeş yaxınlığında göyərtəsində rohincalı qaçqınların olduğu qayığın batması nəticəsində 23 nəfər ölüb.  Hadisə Myanmanın Banqladeşlə sərhədində baş verib. Faciə zamanı 17 nəfərin həyatını xilas etmək mümkün olub. 

Ermənistanda marixuana leqallaşdırıla bilər

10 Oktyabr 2017 12:39

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalski rəsmi İrəvanın Avropa ölkələri ilə azad vizaya dair şərtləri yerinə yetirməli olduğunu bildirib.

Türkiyə ilə müharibə hazırlığı BAŞLADI

10 Oktyabr 2017 12:37

Türkiyənin İdlib əməliyyatından sonra Afrinə müdaxilə ehtimalını nəzərə alan PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) döyüş hazırlıqlarına başlayıb. Silah-sursat və şəxsi heyət toplayan PYD əhaliyə məcburi şəkildə hərbi təlim keçir.

“Türkiyədə hakimiyyət dəyişikliyi zamanı...” – Moskvadan CAVAB

10 Oktyabr 2017 12:35

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib.

Cüdoçularımızdan fantastik yüksəliş

10 Oktyabr 2017 12:33

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.  Daşkənddə baş tutan Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisi üçün uğurlu alınıb. 

Bakıda qətl-ər arvadını güllələdi

10 Oktyabr 2017 12:32

Bakıda əri tərəfindən güllələnən qadın dünyasını dəyişib. Məlumata görə, hadisə Yasamal rayonunda baş verib. Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib. Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Fakt üzrə araşdırmalar davam etdirilir.

“Ərdoğana qarşı ikinci çevriliş cəhdi olacaq” - Rusiyadan ŞOK AÇIQLAMA

10 Oktyabr 2017 12:30

“Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı bilir”. Bu barədə rusiyalı hərbi ekspert İvan Konovalov deyib.  Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla ən ağır əməliyyatı üzərinə götürdü.

Havaların soyuması Ermənistan ordusunda intiharları artırır

10 Oktyabr 2017 12:20

Ermənistan silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə əsgərlər üçün daha da dözülməz həddə çatıb. İstilikdən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri özünəqəsd etməyə üstünlük verirlər.

Prezidentlər Soçidə görüşə bilər: “Lavrov planı”na qarşı “Tillerson planı”

10 Oktyabr 2017 12:16

Oktyabrın 11-də Soçidə MDB dövlət başçılarının sammiti olacaq. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin iştirak edəcəyi də gözlənilir. İndi əsas gözlənti prezidentlərin Soçidə görüşüb-görüşməməsidir. Çünki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunu ilə bağlı bəyanatda qeyd etdilər ki, prezidentlər danışıqların davamı üçün görüşə hazırdırlar və belə bir görüş üçün hazırlıq aparılır. Həmsədrlər görüşün vaxtı və yeri haqa heç bir məlumat vermədi.

“Torpaqların azad edilməsi üçün...” - Putinin keçmiş məsləhətçisindən yeni TƏKLİF

10 Oktyabr 2017 12:15

"Minsk formatı Donbas üzrə danışıqlarda perspektivə malik deyil və dəfn edilməlidir". Bunu Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov “Bu gün” (“Seqodnya”) nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, münaqişənin həlli üzrə yeni format yaradılmalıdır.

Bazar günü qiyamət qopacaq — ABŞ-dan ŞOK İDDİA

10 Oktyabr 2017 12:09

ABŞ mətbuatı yeni iddia ilə çıxış edib. Mübahisəli X planetinin 15 oktyabr tarixində dünyamıza çox yaxınlaşacağı bildirilir. Bunun isə təbii fəlakətlərə səbəb olacağı iddia edilir.

Prezidentlərin növbəti görüşündən gözləntilər -  Deputat şərh edir

10 Oktyabr 2017 12:07

Bunu politoloq, millət vəkili Elman Nəsirov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən gözləntiləri şərh edərkən deyib. Nəsirov qeyd edib ki, görüşdən ciddi nəticələr gözləmək hələ tezdir: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərində əsas məqsəd prezidentlər səviyyəsində görüş təşkil etmək idi. Azərbaycan prezidenti İlham Əliyev də bu məsələlərə toxundu. Vurğuladı ki,Ermənistan görüşün baş tutmamasına çalışırdı və görüşün özünün irəli sürdüyü şərtlər çərçivəsində keçirlməsinə can atırdı. Lakin bu qəbuledilməzdir. Ona görə ölkə başçısı bildirdi ki, bu, Ermənistan tərəfindən edilən ağılsız və səmərəsiz hərəkətdir. Ona görəErmənistan vəziyyətlə barışmaq məcburiyyətində qaldı”. 

Suriyada Rusiya qırıcısı qəzaya uğradı

10 Oktyabr 2017 12:04

Suriyada Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsi qəzaya uğrayıb. Qəza zamanı ekipaj üzvləri həyatını itirib. Qəzanın təyyarədə yaranan texniki nasazlıqdan baş verdiyi deyilir.

Səbuhi Abbasov: “Aprel döyüşləri ermənilərin aqibətinin başlanğıcı idi” 

10 Oktyabr 2017 12:02

“25 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin tutduğu mövqe heyrətamizdir. Sözün hər mənasında Prezident İlham Əliyev dünyaya səbr, əzm, sülh, demokratiya dərsi keçir. Hətta ən demokratik və inkişaf edən ölkə belə bu dözümlülüyü qəbul edə bilməz. Bu, mümkün deyil. Amma biz edirik. Səbəb isə beynəlxalq ictimaiyyətə hörmət, beynəxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərdir. Yəni biz sübut etdik ki, biz bunu bacarırıq, siz isə yox”. Bunu  açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Deputat: “Zaman gələcək düşmənimiz Azərbaycana yalvaracaq” 

10 Oktyabr 2017 12:01

“Dağlıq Qarabağ tarixən bizim torpağımızdır və bütün tarix boyu biz yaşamışıq. Amma tarixin bir dövründə bura köç edib gəlmiş ermənilərin torpağımızı işğal etməsi o demək deyil ki, biz bununla barışmalıyıq. Prezdent Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə bir daha ətraflı aydınlıq gətirdi”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.