Gündəm
İŞİD-dən qurtulan gənc türkmən qadının dəhşətli etirafları
Tikrit şəhərinin şimalındakı Əl Alam rayonundan İŞİD terrorçuları tərəfindən qaçırılan qadın xilas edilib. Qaçırıldıqdan sonra bir qarajda saxlanılan qadın başına gələn dəhşətləri danışıb: "Bizi orada evlilər və subaylar olaraq iki yerə böldülər. Beş gənc qız var idi. Gözümüzün qabağında qızları zorladılar. Bir qızı 4 nəfər növbə ilə zorladı".
"Hər gecə üçün 6 min dollar verirdi" - Las-Veqas qatililə bağlı DAHA BİR DETAL
Ötən həftə Las-Veqasda 59 nəfərin öldürən, 527 nəfəri yaralayan Stefan Peddok haqqında daha bir fakt aşkarlanıb. Las-Veqas polisinin yaydığı məlumata görə, araşdırma zamanı cinayətkarın tez-tez ünsiyyətdə olduğu yüngül həyat tərzi sürən qadın maraqlı faktların üstünü açıb.
Məktəblərdə bu xəstəliklərə qarşı tədbirlər gücləndirildi - ƏMR
Səhiyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci illərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.
Təyyarə təcili eniş etdi
Türk Hava Yollarından verilən məlumata görə, İstanbuldan Brüsselə uçan sərnişin təyyarəsində həyacanlı anlar yaşanılıb. Belə ki, Sabiha Gökçen Hava limanından uçan TC-JPR Airbus 320 tipi TK 1945 səfər sayılı təyyarədə havaya qalxdıqdan sonra çox yağır qoxu gəlməyə başlayıb. Həyəcənlanan sərnişinlər təyyarə heyyətinə xəbər veriblər. Təyyarə təcili olaraq Vyana hava limanına enib. Təyyarədəki sərnişinlər gözləmə salonuna yerləşdiriliblər. Səfərin davam etməsi üçün İstanbuldan Vyanaya boş təyyarə göndərilib.
Təhsil naziri: “Buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək”
"Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək".
Yol polisi yük avtomobili sürücülərinə xəbərdarlıq etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov yerli KİV-ə bildirib ki, yük avtomobillərinin texniki baxışdan keçmə müddətinin bitməsinə az qalıb: “Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Yenə də sürücülərə xatırladıram ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər”.
Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi
Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. Bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, antiterror əməliyyatı rejimi yerli vaxtla saat 01:00-dan etibarən tətbiq edilib. Son məlumata görə, əməliyyatı zamanı 2 silahlı öldürülüb. Məlumatlı mənbə silahlıların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.
Ayətullah Əli Xamenei: "Uşaqlarınızı türk dilinə öyrədin!"
Sosial şəbəkələrdə Ayətullah Əli Xameneinin beşyaşlı uşaqla söhbətinin videosu getdikcə daha çox populyarlıq qazanır. Uşaq Ayətullah Xameneiyə şəkil göstərir, sonra İranın lideri ona fars dilində bir neçə sual verir. Bundan sonra Ayətullah gözlənilmədən türk (Azərbaycan) dilinə keçir və uşaqdan soruşur: "Sən türksən, yoxsa fars?"
ABŞ-ın sabiq prezidenti Şimali Koreyaya getmək istəyir
ABŞ-ın sabiq prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etmək və bu ölkənin lideri Kim Çen İnlə görüşmək istəyir. Bir neçə gün əvvəl "Washington Post" qəzeti 93 yaşlı C.Karterin ABŞ rəhbərliyini danışıqlar aparmaq üçün Şimali Koreyaya yüksək səviyyəli nümayəndə heyəti göndərməyə çağırdığını yazmışdı.
“Qızıl Top”un 29 yaşlı namizədi haqqında QƏRİBƏ FAKT - 10 İL SONRA
Bundesliqa komandalarından olan “Bayern Münhen”də forma geyinən 29 yaşlı Robert Levandovski təhsil aldığı universitetdən, nəhayət, bu il məzun olub. Polşanın yığma komandasının hücumçusu Varşava Universitetinin bədən tərbiyəsi fakültəsini 10 ildən sonra bitirməyi bacarıb. R.Levandovski mətbuata verdiyi açıqlamada sadəcə imatahanlarının yaxşı keçdiyini bildirib. Onun hazırladığı diplom işi isə öz kariyerası ilə bağlı olub və “ RL 9. Şöhrətə gedən yol” başlığını daşıyıb.
Pərvin Abıyeva 21 yaşında BAŞINA GƏLƏNLƏRİ ANLATDI: “O zaman bir qızcığaz idim...”
Aktrisa Pərvin Abıyeva instaqram hesabında Türkiyədə yaşayan həmkarı Tunay Əliyevaya söz atıb. O, ilk dəfə çəkildiyi “Zabit şərəfi” adlı filmin fotosunu paylaşaraq, bunları yazıb: “Bu film səhnəyə ilk addımlarım zamanı, 21-22 yaşlarımda çəkilib. Məni çoxları istedadsız, bacarıqsız adlandıra bilər.
Azərbaycanda elə uzunömürlü var ki, ömründə həkimə getməyib
"Bu gün insanlar nəinki 70, 80 yaşı deyil, 90 yaşı adlamaq istəyirlər. Bu da olduqca düzgün yanaşmadır". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan fizioloqlarının V qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün qlobal dünyada biotibbi sahədə sensor fiziologiyasının tətbiqi üçün geniş tədqiqatlar aparılır.
“Gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq” – Musa Axundov
Park Cinema kinoteatrlar şəbəkəsində “IMAX-da Super Gün” aksiyasına start verilir. Bu haqda Olaylar – a kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib. Onun sözlərinə görə, izləyicilər tərəfindən sevilən Azercell IMAX zalında artıq kino həvəskarları daha sərfəli qiymətə film izləyə biləcəklər. Belə ki, hər həftənin çərşənbə günü “Super Gün” elan olunur və gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq. Cəmi 6.90 AZN ödəməklə ölkənin ən böyük ekranında, güclü səs effektləri və real görüntü ilə film izləmək mümkün olcaq.
Azərbaycan İndoneziyada təbliğ olunur
Dillər Universitetinin İndoneziyaşünaslıq ixtisasının məzunu Gülnar Babazadə İndoneziya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramında iştirak edib. Olaylar bildirir ki, o, qatıldığı təqaüd proqramı haqqında təqdimatla çıxış edərək universitetin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə proqramın məqsədi, mahiyyəti, onun iştirakçısı olmaq üçün lazım olan nüanslar, seçim mərhələsi barədə ətraflı məlumat verib. Proqramda cari ildə 54 ölkədən 60 tələbənin iştirak etdiyini deyən G.Babazadə proqramın əsas məqsədinin müxtəlif ölkələrdən olar gəncləri İndoneziyanın incəsənəti və mədəniyyəti ilə tanış etmək olduğunu diqqətə çatdırıb.
4 nəfərin təcavüz etdiyi model İnstagram-da çılpaq şəklini yaydı
Bir müddət əvvəl quldurlar tərəfindən fotosessiya çəkmək adı ilə aldadılıb qaçırılıb, zorlanan model Xlo Alinq onların əlindən xilas olduqdan sonra İnstagram hesabında yeni paylaşım edib.














