Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi
Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. Bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, antiterror əməliyyatı rejimi yerli vaxtla saat 01:00-dan etibarən tətbiq edilib. Son məlumata görə, əməliyyatı zamanı 2 silahlı öldürülüb. Məlumatlı mənbə silahlıların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.
10 Oktyabr 2017 12:59 DünyaDağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. Bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, antiterror əməliyyatı rejimi yerli vaxtla saat 01:00-dan etibarən tətbiq edilib. Son məlumata görə, əməliyyatı zamanı 2 silahlı öldürülüb. Məlumatlı mənbə silahlıların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.
Xatırladaq ki, güc strukturları əməliyyat zamanı qanunsuz silahlı qruplaşmanın üzvlərini və onlarla əlbir olanları axtarır. Virtualaz.org xarici KİV-ə istinadən xəbər verir.