Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib
22:13 SiyasətNyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnatsio Kassis ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkədə paylaşım edib.
Bildirilib ki, tərəflər Azərbaycan-İsveçrə münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edərək, müntəzəm siyasi dialoqun davam etdirilməsinin və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər davamlı qarşılıqlı əlaqələrin və konstruktiv beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31