Gündəm
Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır
Südünü içib bitirmədiyinə görə atasının evdən qovduğu 3 yaşlı qız 1 həftədir ki axtarışdadır. Hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib. 37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.
Yarmarkaya gətirilən 22 ton bal saxta çıxdı
Bu gün ənənəvi olaraq XVIII Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına start verilib. Tədbirdə çıxışında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, ötən il baş tutan yarmarka ilə müqayisədə bu il həm iştirakçıların sayı, həm də satışa çıxarılan məhsulun həcmi çoxdur: "Bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb ki, bu da ötən ilkindən 78 nəfər çoxdur. Yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb. Halbuki, ötən il 75 ton süzülmüş bal çıxarılmışdı".
Azay Quliyev Qırğızıstanda prezident seçkilərini izləyəcək
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə edəcək. “Olaylar” xəbər verir ki, Azay Quliyev bu məqsədlə oktyabrın 10-da Qırğızıstana səfər edəcək.
Son hərracın nəticələri açıqlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
Avtomobildə 320 ədəd fişəng aşkar edilib
Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Poçt işçiləri günündə Novruzəliyə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR
Salam əziz Novruzəli. Salamdan sonra biz sağ və salamatıq. Sənin də ruhunun o dünyada sağ və salamat, şad və xürrəm olmağını o bir Allahdan arzu edirik. İtqapan kəndinin bəndeyi-fəqiri! Ruhunu niyə narahat etməyimin səbəbini bilmək istəsən çox sadə. Bu gün Azərbaycanda Poçt işçiləri Günüdür. Hərçənd əlimdə ixtiyarım olsaydı, mən bu günü sənin adınla bağlayar və təqvimi bir ay geriyə çəkərdim. Yəni, noyabrın 12-nə.
Fransada aeroportlar iflic oldu
Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb. Tətil Parisin Şarl de Qoll, Orli və Bove, eləcə də Lion, Nitsa, Marsel, Tuluza, Bordo və Nant şəhərlərinin hava limanlarının işinə təsir edib.
Aprel qəhrəmanları hər bir azərbaycanlının qəlbində yaşayır
Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış Aprel qələbəsini bizlərə bəxş etmiş Vətən oğullarının əziz xatirəsi günümüzdə də ən yüksək ehtiram hissi ilə yad edilir. Azərbaycan Silahlı Qüvvələrinin dörd günlük uğurlu hərbi əməliyyatları nəticəsində işöaldan azad edilən bir neçə strateji əhəmiyyətli yüksəklikdə bu gün Azərbaycan bayrağının dalğalanması məhz həmin Vətən oğullarımızın misilsiz qəhrəmanlıqlarının göstəricisidir.
DİQQƏT! İki gün maqnit qasırğası olacaq
Oktyabrın 13-ü Yerdə güclü maqnit qasırğası başlayacaq. Qasırğa iki gün, oktyabrın 14-dək davam edəcək. Bundan başqa, qasırğadan əvvəl - oktyabrın 11-12-də, eləcə də oktyabrın 15-də Yerin maqnitosferinin qasırğanın təsiri altında olacağı bildirilir. Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir. Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.
Sabahdan hava pisləşir
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar
Estetik əməliyyat üçün Çindən Cənubi Koreyaya gələn 3 qadın əməliyyatdan sonra öz ölkələrinə qayıda bilməyiblər. Əməliyyatdan sonra üzlərində yaranan şişkinliyə görə tanınmaz hala düşən qadınların Cənubi Koreyanın hava limanında saxlayıblar. Yoxlanış zamanı onlar pasportdakı şəxslər olduqlarını sübut edə bilməyiblər.
Azərbaycana daimi yaşamağa gələnlərin sayı gedənlərin sayından 2 dəfə çoxdur
Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən daimi yaşamaq üçün gedənlərin sayından təxminən 2 dəfə çoxdur. 2016-cı ildə Azərbaycana daimi yaşamaq üçün 3233 nəfər gəlib, daimi yaşamaq üçün isə ölkədən 1711 nəfər gedib. Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox 30-39 yaşlılar olub.
Səhnədə halı pisləşən Mehmet Ali xəstəxanaya yerləşdirildi
"Miss Fashion TV 2017" gözəllik yarışmasında aparıcılıq edən şoumen Mehmet Ali Erbilxəstəxanaya yerləşdirilib. Halı pisləşən aparıcı xəstəxanaya aparıldığından şounu yarımçıq dayandırmalı olub. Vertiqo xəstəsi olduğunu deyən Erbil "Müvazinətimi itirirəm, ayaqda güclə dayanıram" deyərək tamaşaçılardan üzr istəyib.
Moskva məhkəməsi AST Telmanı müflis elan etdi
Moskvanın arbitraj məhkəməsi AST Telmanın şirkətləri haqqında yeni qərar qəbul edib. Məhkəmənin hökmü ilə "Praqa" restoranlarına sahib "Praqa-AST" MMC müflis elan edilib.
Hansı hallar xəstələr üçün ölümə bərabər ola bilər? — Baş mütəxəssisdən açıqlama
“Anesteziologiya-reanimatologiya sahəsində normativlərin, standartların pozulması müəyyən hallarda ağır xəstələr üçün ölümə bərabər ola bilər”. Bunu Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu Aydın Qədirov deyib.














