Gündəm

Əmək Nazirliyinin elektron xidmətlərinə yarım milyondan çox müraciət qeydə alınıb

10 Oktyabr 2017 15:09

Son illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sistem xarakterli islahatlar nazirliyin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, əhalinin bu sahələr üzrə xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb.

"Messi dünya çempionu olmadan karyerasını başa vursa, ədalətsizlik olar"

10 Oktyabr 2017 14:55

FİFA prezidenti Canni İnfantino Lionel Messinin 2018 mundialından kənarda qalmaq ehtimalına münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Messi 2022-ci ildə keçiriləcək dünya çempionatına gedə bilərmi? Bəli mümkündür. Messinin oyununa baxanda kiminsə onu geridə qoyacağını təsəvvür etmirik.

Nikaha daxil olmaq istəyən 7 nəfərdə QİÇS aşkarlandı

10 Oktyabr 2017 14:54

Bu ilin sentyabr ayında nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklər açıqlanıb. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva  bildirib ki, ötən ay nikaha daxil olmaq istəyən 8 843 nəfər tibbi müayinədən keçib.

İraqlı diplomat: "Ümid edirik ki, Kürdüstan referendumu ləğv edəcək"

10 Oktyabr 2017 14:52

"Kürd xalqı İraqın ayrılmaz hissəsidir və referendum addımı düzgün deyil". Bu sözləri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl-Şuveyli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, referendum qeyri-konstitusion olub.

DİN Sumqayıtdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

10 Oktyabr 2017 14:46

Sumqayıt şəhəri Sülh küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, oktyabrın 9-da saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Qəzanın baş verməsi nəticəsində sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb. Sumqayıt ŞPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanlı deputatın hazırladığı hesabat AŞPA-da müzakirə edildi

10 Oktyabr 2017 14:45

Avropa Şurası Parpalament Assambleyasının (AŞPA) payız sesisyasında qurmun Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin iclasında azərbaycanlı millət vəkili, Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyevanın hazırladığı hesabat müzakirə edilib.

Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb

10 Oktyabr 2017 14:42

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin müstəqilliyini möhkəmlətməklə yanaşı, onun beynılxalq nüfuzunun artmasına də səbəb olub. Ölkə prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş düşünülmüş siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin formalaşması ilə nəticələnib. Artıq ölkəmiz dünyanın ən imkişaf etmiş ölkələri, eləcə də beynəlxalq təşkilatları ilə bərabərhüququlu münasibət qurub, dünyanın 150-dən artıq ölkəsi ilə bu və ya digər sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın xarici əlaqələri çoxşaxəli olmaqla, siyasi, iqtisadi, hüquqi, humanitar, elm və təhsil, ticarət kimi sahələri əhatə edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.

Ankaranın Qərbin təzyiqlərinə ikiqat cavab manevrləri

10 Oktyabr 2017 14:40

Qərbin, Birləşmiş Ştatların, eləcə də Avropanın qeyri-səmimi, qərəzli və ədalətsiz münasibəti nəhayət ki, Türkiyəni də radikal addımlar atmaq məcburiyyətində qoydu. Hazırda Türkiyə “Mərdi qova-qova namərd edərlər” tandemini yaşayır. Rəsmi Ankaraya qarşı yerli-yersiz təzyiqlər, onu bu və ya digər məsələdə qərəzli olaraq günahlandırmaq, Türkiyənin Yaxın Şərqdəki yeri və rolunu azaltmağa, onu regiondan sıxışdırıb çıxarmağa çalışan Qərb, Avropa indi Rəcəb Tayyib Ərdoğanın atdığı addımları narahatçılıqla izləməkdədir. Səbəb Türkiyənin uzun illər yaxından müttəfiqlik etdiyi Avropa, Qərblə münasibətlərdə ara saxlaması və Qərbin əsas rəqibi sayılan Rusiya ilə əlaqələrə üstünlük verməsidir. Təbii ki, bu məqam hazırda Qərbin, Avropanın istəmədiyi, arzu etmədiyi haldır.

Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb

10 Oktyabr 2017 14:38

Azərbaycanın özünəməxsus xüsusiyyətlərindən biri də ölkəmizdə milli və dini tolerantlığın təmin olunması, multikulturalizmin geniş formada yayılmasıdır. Elə bu xüsusisyyətlərinə görədir ki, günümüzdə Azərbaycan dünyada ən multikultural ölkə olaraq tanınır. Ölkəmizdə dini və milli tolerantlığın yüksək səviyyədə təmin olunmasının göstəricisidir ki, dünyanın nüfuzlu beynəlxalq təşkilat və qurumları özlərinin mühüm əhəmiyyət kəsb edən, bəşəriyyət üçün vacib hesab olunan toplantılarını, forumlarını Bakıda keçirir, həmin tədbirlərə Azərbaycanın evsahibliyi etməsini alqışlayırlar.

Azərbaycan həm hərbi, həm də diplomatik cəbhədə Ermənistanı üstələyib

10 Oktyabr 2017 14:36

Ermənistanın uzun illərdir davam edən aqressiv siyasəti, ortaya qoyduğu qeyri-konstruktiv mövqe Dağlıq Qarabağ probleminin həllini mümkünsüz edir. Hər dəfə münaqişənin həlli istiqamətində ciddi bir addım atılmalı olduğu ərəfədə işğalçı ölkənin danışıqlar prosesini pozmaq  cəhdi günümüzdə də müşahidə edilməkdədir. Məlum olduğu kimi bu günlərdə regiona səfərlərinin yekunu olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə görüşəcəyi barədə bilgi verilirdi. Hələlik görüşün vaxtı və yeri barədə ətraflı məlumat verilməsə də, lakin həmsədrlərin bəyanatlarından gəlinən nəticə ondan ibarətdir ki, prezidentlərin görüş ehtimalları böyükdür. Ancaq hər zaman olduğu kimi yenə də prezidentlərin görüşü ərəfəsində Ermənistan müxtəlif təxribat xarakterli addımlar ataraq danışıqlar prosesinə mane olmağa çalışır. 

Ölkədə qeyri-rəsmi məşğulluğun qarşısı alınacaq

10 Oktyabr 2017 14:34

Bütün dünyada ən aktual problemlərdən biri də qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlıdır. Etiraf edək ki, sözügedən məsələ Azərbaycandan da yan keçməyib, ölkədə qeyri-leqal işləyənlərin sayı kifayət qədərdir. Məhz belə halları nəzərə alan prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri- rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində

10 Oktyabr 2017 14:32

Son illər ölkədə ciddi diqqət yetirilən və bu istiqamətdə məqsədyönlü addımlar atılan sahələrdən biri də qeyri-neft sektorudur. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət hələ 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başladığı vaxtdan etibarən start verilsə də, lakin son bir neçə ildə bu sahənin inkişafı daha da prioritet olub. Xüsusilə, biz bu müsbət tendensiyanı 2014-cü ildən, dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra daha ciddi şəkildə müşahidə etməyə başladıq.

Həkimlərə qarşı aqressiyanın kökündə nə dayanır?

10 Oktyabr 2017 14:30

Son vaxtlarda müşahidə edilən məni tendensiyalardan biri də cəmiyyətdə tibb işçilərinə, həkimlərə qarşı aqressiyanın hökm sürməsidir. Ölüm yatağında olan hər hansı bir xəstənin həkim tərəfindən xilas edilə bilməməsi nəticədə xəstə yaxınlarının həmin həkimə, yaxud tibb müəssisəsinə hücum çəkməsinə, sağlamlığımızı ümid etdiyimiz insanlara xəsarət yetirilməsi kimi mənfi hallara yol açır.

“BUTA Airways”- də nələr baş verir?

10 Oktyabr 2017 14:24

 “İstehlakçı hüququnu qoruyan “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri kimi dünyanın çoxsaylı hava yolları şirkətinin xidmətlərindən istifadə etmişəm. Afrika,Yeni Zellandiya, Avstraliya, İndoneziya, Argentinanın və s. ölkələrin hətta daxili uçuşlarının xidmətindən də istifadə etmişəm. “Buta Airways” şirkətinin xidməti isə məndə təəccüb doğurub”. Bunu deyən “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyub Hüseynov bildirib ki, 24.09.2017-ci il tarixində bu şirkətin təyyarəsi ilə “Миниральные воды” ya uçub, 08.10.2017-ci il tarixində isə geri dönəsi olub. İctimai Birlik sədri bildirib ki, bir ay öncədən alınmış biletin qaytarılması üçün (xəstəlik səbəbindən) “Azal” hava yollarının rəhbərliyi Cahangir Əsgərova etdiyi rəsmi müraciəti təmin edilməyib. Məlum olub ki, bu şirkətdən bilet alsan, qaytarma məsələsi yoxdur: “Buna baxmayaraq, 24.09.2017-ci il tarixdə uçası oldum. Baqaja aid 2 yükü şirkətin xidmətçiləri tərəfindən bir-birinə sarıtmaq məcburiyyətində qaldım, əks halda hər biri 8 kq-dan artıq olmayan yük üçün 100 Avro verməli idim.Yükü sarıdılar, 6 AZN aldılar, həmişə olduğu kimi kassa çeki və ya qaimə verilmədi.Təklif etdim ki, yükü elə bir materialla sarıyın ki, mənzil başında onu yalnız sizin əməkdaşlar aça bilsin”.

Mövzulara bardağın nə qədər hissəsi doludu yox, nə qədəri boşdu məntiqi ilə yanaşıram...

10 Oktyabr 2017 14:21

Bir neçə ölkədə fərdi sərgiləri təşkil olunan Pərviz Əsədov öz rəsm əsərləri ilə hər kəsi təəccübləndirməyi bacarır. Əsərlərini kətan, kağız üzərində yox dəri üzərində “canlandıran” rəssam bunu ilk dəfə özünün etdiyini bildirir. Hal – hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan və fəaliyyət göstərən rəssam Pərviz Əsədovla birgə onun sənət dünyası ilə tanış olmağa çalışdıq.