“BUTA Airways”- də nələr baş verir?

 “İstehlakçı hüququnu qoruyan “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri kimi dünyanın çoxsaylı hava yolları şirkətinin xidmətlərindən istifadə etmişəm. Afrika,Yeni Zellandiya, Avstraliya, İndoneziya, Argentinanın və s. ölkələrin hətta daxili uçuşlarının xidmətindən də istifadə etmişəm. “Buta Airways” şirkətinin xidməti isə məndə təəccüb doğurub”. Bunu deyən “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyub Hüseynov bildirib ki, 24.09.2017-ci il tarixində bu şirkətin təyyarəsi ilə “Миниральные воды” ya uçub, 08.10.2017-ci il tarixində isə geri dönəsi olub. İctimai Birlik sədri bildirib ki, bir ay öncədən alınmış biletin qaytarılması üçün (xəstəlik səbəbindən) “Azal” hava yollarının rəhbərliyi Cahangir Əsgərova etdiyi rəsmi müraciəti təmin edilməyib. Məlum olub ki, bu şirkətdən bilet alsan, qaytarma məsələsi yoxdur: “Buna baxmayaraq, 24.09.2017-ci il tarixdə uçası oldum. Baqaja aid 2 yükü şirkətin xidmətçiləri tərəfindən bir-birinə sarıtmaq məcburiyyətində qaldım, əks halda hər biri 8 kq-dan artıq olmayan yük üçün 100 Avro verməli idim.Yükü sarıdılar, 6 AZN aldılar, həmişə olduğu kimi kassa çeki və ya qaimə verilmədi.Təklif etdim ki, yükü elə bir materialla sarıyın ki, mənzil başında onu yalnız sizin əməkdaşlar aça bilsin”.

İstehlakçılarin hüquqlarını qoruyan öz hüquqlarını qoruya bildimi?

"İstehlakçı hüququnu qoruyan "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri kimi dünyanın çoxsaylı hava yolları şirkətinin xidmətlərindən istifadə etmişəm. Afrika,Yeni Zellandiya, Avstraliya, İndoneziya, Argentinanın və s. ölkələrin hətta daxili uçuşlarının xidmətindən də istifadə etmişəm. "Buta Airways" şirkətinin xidməti isə məndə təəccüb doğurub". Bunu deyən "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, 24.09.2017-ci il tarixində bu şirkətin təyyarəsi ilə "Миниральные воды" ya uçub, 08.10.2017-ci il tarixində isə geri dönəsi olub. İctimai Birlik sədri bildirib ki, bir ay öncədən alınmış biletin qaytarılması üçün (xəstəlik səbəbindən) "Azal" hava yollarının rəhbərliyi Cahangir Əsgərova etdiyi rəsmi müraciəti təmin edilməyib. Məlum olub ki, bu şirkətdən bilet alsan, qaytarma məsələsi yoxdur: "Buna baxmayaraq, 24.09.2017-ci il tarixdə uçası oldum. Baqaja aid 2 yükü şirkətin xidmətçiləri tərəfindən bir-birinə sarıtmaq məcburiyyətində qaldım, əks halda hər biri 8 kq-dan artıq olmayan yük üçün 100 Avro verməli idim.Yükü sarıdılar, 6 AZN aldılar, həmişə olduğu kimi kassa çeki və ya qaimə verilmədi.Təklif etdim ki, yükü elə bir materialla sarıyın ki, mənzil başında onu yalnız sizin əməkdaşlar aça bilsin".
E.Hüseynov bildirib ki, "Buta Airways" in rəsmi dərcində yazılır ki, baqaj üçün əlavə ödənişli yerlər cəki məhdudiyyəti qoyulmayan, üç ölçünün cəmi üzrə qabariti 110 sm-dən (55x35x20) artıq olmayan əl yükü üçün 25 Euro (30USD), cəkisi 23 kq-dək (daxil olmaqla) olan, qabariti isə üç ölçünün cəmi üzrə 158 sm-dən artıq olmayan baqaj üçün 25 EUR(30USD) təşkil edir. Uçuşdan azı 3 saat əvvəl aviaşirkətin saytında, habelə kassa və rəsmi agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 EUR (25USD) təşkil edir. Üç ölçünün cəmi üzrə qabariti 203 sm-i keçməyən çəkisi 23 kq-dan artıq baqaj üçün isə 50 EUR (60USD) ödənilməlidir. "Buta Airways" in ödəniş üçün təklif etdiyi tariflərin əhalidən daha çox pul qoparmaq məqsədi güddüyünü qeyd edən İB sədri daha çox qazancın əldə edilməsi məqsədilə "Low Cost" məsləhəti də verib: " Xidmət zamanı çəki 1 baqaj vahidi üzrə hesablanır və toplanmır. Bu isə o deməkdir ki, əgər siz ikilikdə uçursunuzsa, pulsuz baqaj normaları üzrə 10 kq+10 kq-ı toplamaq və özünlə 20 kq çəkisi olan çamadan götürmək olmaz. Hər bir sərnişinə çəkisi 10 kq-dan artıq olmayan ayrıca baqaj düşməlidir. Pul ödənildikdən sonra mikro-əl yükündə, alışqan, soyuq silah və s. sərbəst keçirilir, heç kim buna əhəmiyyət vermir". Onun sözlərinə görə, "Buta Airways" -in digər pul qoparma tələbi isə salonda yerdəyişmə qaydalarıdır. Rəsmi "Faydalı məlumat" bölməsində qeyd edilir: "Hava gəmisində ödənişli yerlər-Birinci sırada və qəza çıxışının yanında daha geniş yerli oturacaqlar - 25 EUR, Nisbətən səssiz zonada prioritet yerlər (2-ci sıra və 3-cü sıra, yerlər 16HL) - 15 EUR,Təyyarədə yerin dəyişməsi (prioritet yerlər istisna olmaqla) - 3 EUR. Salona buraxılan sərnişinlərin mümkün qədər yaxınlıq dərəcəsi (qohumluq və s.) öyrənilir və müxtəlif, bir-birindən uzaq yerlərə otuzdurulur. Əgər xəstə atasına təyyarə salonunda diqqət yetirmək istəyən övlad varsa, o, 3 avro ödəyib valideyninin yanında otura bilər. "Faydalı məlumat"dan göründüyü kimi əgər təyyarədə qəza törənə biləcəyi qorxun varsa, buyur, elə salondaca 25 avro ödə qəza qapısına yaxın otur və s.150 ml çayın qiyməti 1 AZN , qəhvə 1.5 AZN təşkil edir. Mən təyyarə bələdçilərinə oradaca pul qazanmaq üçün yeni təklif etdim: "Siz müdiriyyətinizə deyin ki, tualet xidmətini 100 avro etsin"- bu sizə daha çox pul qazandırar. Salona girdikdən sonra sərnişinlərin oturuşuna fikir versəniz, ön hissədə, yaxşı yerlərdə sərnişinlər ya tək oturub, yaxınları ondan uzaq arxada oturdulub, ya da ümumiyyətlə yerlər boşdur, arxada isə sıxlıqdır. Mən xidmətçilərə sual verdikdə "Bir şəxs yerini dəyişərsə, kim onu məcbur edəcək bunu etməsin və hansı qanunvericiliklə tənzimlənir?" Cavabı belə oldu ki, biz bunu bilmirik. Həmçinin kütləvi surətdə satılan qəhvə və çay üçün kassa qəbzi verilmir, mən yerdəyişmə etdim, avro ilə pul qəbulu barədə rəsmi sənəd təqdim edildi. Sonda hüquqşünaslardan xahiş edirəm ki, bu kimi məsələyə hüquqi qiymət versinlər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31