Gündəm
QMİ: "Hacı" insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir
"Vaxtilə insanlar Həcc, Kərbəla və digər müqəddəs ziyarətlərə çox böyük zəhmətlə gedirdilər. Səfərləri 6 ay, hətta bir ilə kimi çəkirdi. Qayıtdıqdan sonra isanlar onlara böyük həvəslə hacı, kərbəla, məşhədi deyirdilər". Bunu adların qarşısında hacı, məşhədi kimi titulların yazılmasına münasibətini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov danışıb.
Türkiyə vətəndaşı həmyerlisinin evini qarət edib
Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdə oğurluq hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oktyabrın 7-də N.Abdullayev küçəsində Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdən 680 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən digər bir Türkiyə vətəndaşı, əvvəllər məhkum olunmuş Şükrü Rza Erdoğan tutulub.
Rusiya hərbi hava qüvvələrinin əməliyyatı
Rusiya hərbi hava qüvvələri Suriyada əməliyyat keçirib. İraqın qərb rayonlarından Deyr-əz-Zora soxulmağa cəhd edən İŞİD terrorçuları qırıcıların hücumu ilə məhv edilib. Nəticədə 34 terrorçu, iri kalibrli silahla təchiz edilmiş 5 yolsuzluq avtomobili və iki silah-sursat maşını məhv edilib.
Əflatun Amaşov AMŞ Alyansının illik toplantısına qatılacaq
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək illik toplantısına qatılacaq. MŞ-dan verilən məlumata görə, oktyabrın 11-dən 13-dək keçiriləcək toplantıda MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edəcək.
Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.
Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişafı ilə bağlı müzakirələr aparılıb
Pakistanın Baş naziri Şahid Xakan Abbasi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşüb. Diplomat Pakistanın Baş naziri seçilməsi münasibətilə Şahid Xakan Abbasiyə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.
Oqtay Əsədov Lukaşenko ilə görüşəcək
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarus Respublikasında rəsmi səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər çərçivəsində Milli Məclis Sədrinin ölkə Prezidenti Aleksandr Lukaşenko, Baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Milli Məclisin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulmuşdur.
Deputatlarımız Qırğızıstandakı seçkiləri izləyəcəklər
Milli Məclisin deputatları Rauf Əliyev və Nizami Cəfərov Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.
"Atletiko Madrid" türkiyəli gənc üçün 14 milyon təklif etdi
"Trabzonspor" forması ilə ulduzlaşan Yusuf Yazıcı bir çox Avropa klubunun marağını çəksə də ilk təklif "Atletiko Madrid"dən gəlib. Yanvar ayında transfer cəzası bitəcək Madrid "Atletiko"su gənc oyunçu üçün klubuna transfer təklifi etməyi düşünür. İspaniya klubunun ilk təklifinin 14 milyon olmasına baxmayaraq, Trabzon təmsilçisi Yusufun qış transfer pəncərəsində getməsini istəmir. Bu səbəbdən Madrid klubunun təklif etdiyi məbləği artıracağı deyilir.
Melaniyanın Trampın keçmiş xanımına cavabı: "Boşanmış ərindən hələ də nəsə gözləmək..."
Ötən gün ABŞ prezidenti Donald Trampın 25 il öncə boşandığı ilk həyat yoldaşı İvana Trampın “mən olmasaydım, Tramp indiki kimi nüfuz sahibi ola bilməzdi” sözləri medianı bir-birinə qatmışdı. ABŞ-ın birinci xanımı Melaniya Trampın cavabı da özünü çox gözlətməyib. M.Trampın sözlərinə görə, keçmiş ərindən hələ də nəyisə gözləmək acizlikdir: “Keçmiş keçmişdə qalıb, bunun heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, o qadın sadəcə diqqət çəkmək üçün belə danışıb”.
Tanınmış meyxanaçıdan inanılmaz sözlər: "Narkotikə şirnikləndirmək üçün məni..."
Çoxdandır görünməyən tanınmış meyxanaçı Mehman Əhmədli sükutu pozub. Meyxanaçı maraqlı açıqlamalar verib: "Son vaxtlar xoşuma gəlməyən verilişlərdən imtina edirəm. Amma yenə əvvəlki kimi toylara, məclislərə gedirəm. Biz meyxanaçıların adı bədnam çıxıb. Elə bilirlər ki, bütün meyxanaçılar hal əhlidir. İnanın, heç vaxt narkotikdən istifadə etməmişəm. Baxmayaraq ki, dəfələrlə məni şirnikləndirmək istəyiblər. Gəlib yanımda deyiblər ki, qəşəngdi, ləzzət edəcək, əhval-ruhiyyəni yüksəldəcək, toylarda, məclislərdə əla meyxana deyəcəksən... Amma heç vaxt məni təhrik edə bilməyiblər.
Rusiyada qubernatorları qayadan atdılar - VİDEO
Rusiyada qubernatorluğa namizəd şəxsləri növbəti sınaqdan keçiriblər. Sınaq zamanı namizədlər qayalıqdan yaxınlıqdakı gölə tullanıblar. Sınaq prosesi Soçidə baş tutub. Qeyd edək ki, bundan əvvəl qubernatorluğa namizədlər bilik sınağından keçiblər.
Avropa Şurası da xora qoşulub
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında əvvəlcə Nazirlər Komitəsinin yay sessiyasından ötən müddət ərzində gördüyü işlər barədə hesabat məruzəsi dinlənilib. Sonra Assambleya üzvlərinin müxtəlif sualları cavablandırılıb. Parlament Assambleyasında Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsi barədə danışan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralekə belə bir sualla müraciət edib: “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti uzun illərdir ki, tam səmərəsizdir.
DSMF-nun gəlirlərində 7 faiz faiz artım qeydə alınıb
Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət və işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının stimullaşdırılmasına yönələn islahat tədbirləri layiqli pensiya təminatının əsasını təşkil edən, müasir standartlara cavab verən bu sistemin davamlı inkişafına imkan verib.
Ermənistan və onun havadarlarına rəsmi Bakıdan mesaj
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüz danışıqlar predmeti ola bilməz". Bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Prezident onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib. Xatırladaq ki, dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini dəfələrlə beynəlxalq tribunalardan elan edib.














