Ermənistan və onun havadarlarına rəsmi Bakıdan mesaj
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüz danışıqlar predmeti ola bilməz". Bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Prezident onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib. Xatırladaq ki, dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini dəfələrlə beynəlxalq tribunalardan elan edib.
10 Oktyabr 2017 15:10 SiyasətPrezident: "Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüz danışıqlar predmeti ola bilməz". Bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Prezident onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib. Xatırladaq ki, dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini dəfələrlə beynəlxalq tribunalardan elan edib. Münaqişənin dinc yolla həlli məqsədilə aparılan danışıqların dalana dirənməsinə, Ermənistanın havadarları tərəfindən açıq-aydın müdafiə olunmasına baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb. Millət vəkili Zahid Oruq deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlət maraqlarımız, milli mənafeyimiz üçün çox əhəmiyyətli məsələlərə həsr olunmuşdu. Hər zaman olduğu kimi, ölkəmizin əsas həyatının gündəmi həmin iclasda müzakirə edildi. Orada verilən qərarlar, göstəriş və tapşırıqlar, eləcə də iclasdan sonra müxtəlif hökumət strukturları ilə bağlı atılacaq addımların bir daha da müəyyənləşdirilməsi qarşıdakı dönəmdə istər iqtisadi, istər sosial, istərsə də beynəlxalq sferada daha mühüm addımların atılmasına imkan yaradacaq. Ölkə başçısının müşavirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə toxunan deputat söyləyib ki, Azərbaycan Prezidenti müşavirə zamanı cəmiyyətə real durumun nə yerdə olması ilə bağlı məlumat verdi: "Faktiki olaraq Ermənistanın təxminən 1 il müddətində danışıqlardan tamamilə çıxması onların hansı şəraitdə dialoqa qayıdacaqları ilə bağlı suallar yaratmışdı. Düşmən ölkə bir neçə şərtlər irəli sürmüşdü. Onlar ilk növbədə düşünürdülər ki, təmas xətti boyunca xüsusi monitorlar yerləşdiriləcək, hər bir atılan güllənin fiksasiyası baş verəcək və nəticədə bunu həyata keçirən tərəf xüsusi fakt araşdırıcı qüvvələr, beynəlxalq missiya vasitəsilə cəzalandırılacaq. Təbii ki, bunu təyin etmək çox çətin idi. İkincisi, Ermənistan tərəfindən aprel döyüşlərində Azərbaycanın ələ keçirdiyi mövqelərin geri qaytarılması, 90-cı illərin birinci Qarabağ müharibəsində olan nəticələrin bərpa edilməsi şərti də irəli sürülürdü. Hətta Serj Sarkisyan dəfələrlə bu məsələni dilə gətirmişdi. Üçüncü məsələ isə, Azərbaycanın aprel döyüşlərinə görə cavabdehliyi istənilmişdi ki, bununla bağlı Sankt-Peterburq, Vyanada aparılan danışıqlar zamanı Ermənistan tərəfi çox kəskin etirazlar səsləndirmişdi". Z. Orucun sözlərinə görə, Azərbaycan prezidentinin ötən gün Nazirlər Kabinetinin iclasında bəyan etdiyi məsələlərdən də aydın oldu ki, ölkə başçısı xalqımızın məsələ ilə bağlı iradəsini həm danışıqlarda, həm də siyasi görüşlərdə ən kəskin şəkildə ifadə edib: "Digər tərəfdən erməni tərəfi gördü ki, əgər prezidentlər, siyasi elitalar danışmasa, səngərdə silahlar danışacaq. Ermənistan üçün Azərbaycanla ayaqlaşmaq çox çətindir. Bir müddət öncə silahların danışması və hərbi kompanentin önə keçməsi hazırda danışıqlarla əvəz olunub. Hesab edirəm ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında məhz bu məsələləri nəzərdə tuturdu". Deputat hesab edir ki, aprel döyüşlərindən sonra keçiriləcək danışıqlar Azərbaycanın hərbi, siyasi mövqeyinin üstün olması səviyyəsində keçəcək: "Bu, çox əhəmiyyətli hadisədir. Çünki birinci Qarabağ savaşındakı məğlubiyyət siyasi mövqeyimizi çox ciddi zərbə altında qoyur, məsələnin həllində maksimum nəticələr əldə etməyə mane olurdu. Lakin hazırda hərbi kompanent güclənib. Bu da danışıqlarda ölləmizin mövqeyini daha da gücləndirir". Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Nəbizadə deyib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb, yeni nəslin bir hissəsi bu təcavüz nəticəsində öz doğmalarını itirib. K.Nəbizadə bildirib ki, ermənilərdən tolerantlıq hissini gözləmək çətin olsa da, Azərbaycan dövləti hər zaman həmin insanları erməni xalqına qarşı yox, bu ölkəni uçuruma aparan erməni siyasətçilərinə və ordusuna qarşı mübarizəyə yönəldir: "Respublikamızda mövcud olan tolerantlıq siyasətinə sadiq qalaraq ölkə rəhbərliyi Dağlıq Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının haqlarını qorumağa hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan kimi monoetnik ölkədə başqa millətlərə qarşı dözümsüzlük, xüsusilə də insanlara uşaq yaşlarından azərbaycanlılara və türklərə qarşı nifrət hissi aşılanması halları müşahidə edilir. Məhz Ermənistanda Zori Balayan və ona bənzərlərin "azərbaycanlıları öldürməkdən həzz almaq lazımdır" kimi faşist tipli bəyanatlarına qəhrəmanlıq donu geyindirilir və bu, artıq dövlət səviyyəsində aparılan ksenofobiya siyasətinə çevrilir". Millət vəkili Azər Badamov qeyd edib ki, Dağlıq Qarabağ tarixən bizim torpağımızdır və bütün tarix boyu biz yaşamışıq. Amma tarixin bir dövründə bura köç edib gəlmiş ermənilərin torpağımızı işğal etməsi o demək deyil ki, biz bununla barışmalıyıq: "Prezdent Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə bir daha ətraflı aydınlıq gətirdi. "Dağlıq Qarabağın müstəqilliyi müzakirə mövzusu ola bilməz və biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik" ifadəsini dünyanın ən mötəbər təşkilatların tribunalarından bəyan edən ölkə başçısı müşavirədə ermənilər danışıqlar prosesinin bərpasından yayınsa onları daha ağır nəticələr gözləyəcək deyərək düşmənimizə onların məhv etmək fikrimizdə olduğunu göstərən daha bir mesaj göndərildi. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, müharibə vəziyyətindəyik Azərbaycan inkişaf edir, güclənir, dünyada nüfuzu artır və mükəmməl müstəqil siyasət aparan ölkə kimi mövqeyi güclənir. Cari ilin 9 ayın sosial-iqtisadi yekunları da bunu deməyə bir daha imkan verir. Düşmənimiz isə günü-gündən müflisləşir, zəifləyir və müstəqilliyini itirir. Belə olan halda yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad edəcəyimizə şübhələr qalmır. Düşünürəm ki, düşmənimiz özünün düşdüyü kritik, biabırçı vəziyyətdən çıxmaq üçün Azərbaycana yalvaracaq zamanı gələcək. Çünki, bu gün də, gələcəkdə də üstünlük bizdədir və biz güclənirik, qısa müddətdə qələbə əldə etməyə qadir hərbi gücə malikik. Uduzan isə erməni xalqıdır və gələcək tarix bunu göstərəcək".
Alim