Oqtay Əsədov Lukaşenko ilə görüşəcək
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarus Respublikasında rəsmi səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər çərçivəsində Milli Məclis Sədrinin ölkə Prezidenti Aleksandr Lukaşenko, Baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Milli Məclisin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulmuşdur.
10 Oktyabr 2017 15:34 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarus Respublikasında rəsmi səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər çərçivəsində Milli Məclis Sədrinin ölkə Prezidenti Aleksandr Lukaşenko, Baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Milli Məclisin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulmuşdur. Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatlarımız ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.