Melaniyanın Trampın keçmiş xanımına cavabı: "Boşanmış ərindən hələ də nəsə gözləmək..."

Ötən gün ABŞ prezidenti Donald Trampın 25 il öncə boşandığı ilk həyat yoldaşı İvana Trampın “mən olmasaydım, Tramp indiki kimi nüfuz sahibi ola bilməzdi” sözləri medianı bir-birinə qatmışdı. ABŞ-ın birinci xanımı Melaniya Trampın cavabı da özünü çox gözlətməyib. M.Trampın sözlərinə görə, keçmiş ərindən hələ də nəyisə gözləmək acizlikdir: “Keçmiş keçmişdə qalıb, bunun heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, o qadın sadəcə diqqət çəkmək üçün belə danışıb”.

Ötən gün ABŞ prezidenti Donald Trampın 25 il öncə boşandığı ilk həyat yoldaşı İvana Trampın "mən olmasaydım, Tramp indiki kimi nüfuz sahibi ola bilməzdi" sözləri medianı bir-birinə qatmışdı. ABŞ-ın birinci xanımı Melaniya Trampın cavabı da özünü çox gözlətməyib. M.Trampın sözlərinə görə, keçmiş ərindən hələ də nəyisə gözləmək acizlikdir: "Keçmiş keçmişdə qalıb, bunun heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, o qadın sadəcə diqqət çəkmək üçün belə danışıb".

Xatırladaq ki, İvana Tramp "Raising Trump" adlı kitabının təqdimatında qalmaqallı açıqlama verib. O deyib ki, Ağ Evə istədiyi vaxt birbaşa zəng edə bilər:

"Lakin Melaniya orda olduğu üçün bunu etmirəm. Qısqanclıq yaratmaq məqsədim yoxdur. Amma Donald Trampın ilk həyat yoldaşı mənəm. Belə olan halda mən həm də "first lady" hesab olunuram". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31