Gündəm

"S.S"çilər Bakıda sakinlərə hücum edib evlərini dağıtdı

10 Oktyabr 2017 16:14

“Evrostroy-SS” tikinti şirkəti Bakının Nərimanov rayonunda şəxsi mülklərin sökülməsi barədə yazdığımız məqaləyə reaksiya verib. Şirkətdən redaksiyamıza daxil olan bəyanatda bildirilib ki, evlər sökülərkən yalnız 3 evin mülkiyyətçisi ilə problemlər yaranıb.

“ANUGA” Sərgisində Azərbaycan məhsulları maraqla qarşılanır

10 Oktyabr 2017 16:08

Almaniyada keçirilən “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi və burada nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan stendində sərgi ziyarətçilərinə ixracatçı şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb.Sərgi çərçivəsində Monqolustan, İsveçrə və Rumıniyaya nar, qurudulmuş meyvə, qənnadı məmulatları ixracına dair danışıqlar aparılıb, bir sıra sifarişlər qəbul edilib.

Rusiyaya məxsus gəmi atəşə tutuldu

10 Oktyabr 2017 16:07

Liviyanın Sərhəd Mühafizə Xidmətinin gəmiləri ölkə sahillərinin yaxınlığında Rusiyaya məxsus gəmini atəşə tutublar. “Yuva-Trans” şirkətinə aid olan taxıl yüklü “Geofast” gəmisi atəşə tutulduqdan az müddət sonra batıb. Liviya Sərhəd Mühafizəsi Xidmətinin əməkdaşlarının  mülki gəmini hansı səbəbdən atəşə tutduqları məlum deyil. Gəmi heyyətinin taleyi haqqında hələlik heç bir məlumat yoxdur.

Cizan şəhərinə raket hücumu

10 Oktyabr 2017 16:06

Ötən gecə Yəmənin İranyönlü husilərin nəzarətində olan ərazisindən Səudiyyə Ərəbistanı raket atəşinə tutulub. Raketlərin İran ıstehsalı olan Qaher-2 tipi olduğu ehtimal edilir. ÖlkəninCənub-Qərbindəki Cizan şəhərinin zərbələrə məruz qaldığı bildirilir. Məlumata əsasən Səudiyyə Ərəbistanın Hava Hücumundan Müdafiyyə Qüvvələri atılan raketləri zərəsizləşdirib.

Evlərə qənim kəsilmiş şəxs tutulub

10 Oktyabr 2017 16:05

Sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərin birindən su mühərriki və 100 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

Akkumlyator oğrusunun əlləri qandallanıb

10 Oktyabr 2017 16:03

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Azər Güləliyevin ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyun-sentyabr ayları ərzində şəhər ərazisində 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Evlərə qənim kəsilmiş şəxs tutulub

10 Oktyabr 2017 16:03

Sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərin birindən su mühərriki və 100 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

Nəsimi rayon gəncləri təntənəli şəkildə hərbi xidmətə yola salındılar

10 Oktyabr 2017 16:02

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamina əsasən, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə cağırış kompaniyasına start verilib. Belə tədbirlərdən biri rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, “Şərq sarayı” restoranında keçirilib. Rayon İcra Hakimiyyətindən “Olaylar”a bildirilib ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bidirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər.

Elmar Məmmədyarov Aİ Baş Katibinin müavinini qəbul edib

10 Oktyabr 2017 16:00

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

Çətin tərbiyə olunan uşaqlarla bağlı layihə həyata keçirilir

10 Oktyabr 2017 15:59

“Qadın və Müsir Dünya Mərkəzinin ”Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Çətin tərbiyə olunan, sosial müdafiəsi zəif uşaqlar, yeniyetmələr və onların ailələri üçün psixoloji - reablitasiya proqramı təşkil etmək” layıhəsi davam edir.

Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfər edəcək

10 Oktyabr 2017 15:57

Oktyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Mobil telefon oğrusu ələ keçib

10 Oktyabr 2017 15:55

Binəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Teymur Nəzərovun ətrafında Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari il sentyabr ayının 16-da rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edərək mobil telefonunu alması da müəyyən edilib.

Qanunsuz ovla məşğul olan İmişli sakinləri saxlanıb

10 Oktyabr 2017 15:53

İmişli rayonunun Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakinləri saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakinləri Nazir Əliyevdən və Süleyman Məmmədovdan 2 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.

Qaz sayğacı oğurlayanlar tutlub

10 Oktyabr 2017 15:54

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun və Cəlal İbrahimovun ətraflarında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların cari ilin iyun-sentyabr ayları ərzində Bakı şəhər sakini Elçin Hüseynovla birgə rayon ərazisində 6 həyətyanı sahədən məişət əşyaları və qaz sayğacları oğurlamaları da müəyyən edilib.1-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Hüseynov tutulub.

Şimali Koreyadan qorxunc açıqlama: "ABŞ-ı vurmaq an məsələsi"

10 Oktyabr 2017 15:50

Şimali Koreyaya səfər edən rus rəsmilər "İnterfax" agentliyinə açıqlama veriblər. Açıqlamaya əsasən, Şimali Koreyanın ABŞ-ı vurması an məsələsidir. Məlumata əsasən, Şimali Koreya qitələrarası ballistik raket sınaqlarına davam edir. Rusların bildirdiyinə əsasən 3 min kilometr məsafə qət edən raketləri var və modernləşdirməyə davam edirlər. Bu işlər başa çatdıqdan sonra raketlər ABŞ torpaqlarına qədər uça biləcək.