Gündəm
Bu qız iştirakçı kişi münsiflərin ağlını başından aldı - Çox gözəldir - VİDEO
Ötən gün "O ses Türkiye" mahnı yarışının növbəti buraxılışı yayımlanıb. 25 yaşlı Seren adlı qız iştirakçının ifasını bəyənən Gökhan onu görüncə çaşqınlıq içində nə deyəcəyini bilməyib. Seren "Çox gözəldir" deyərək həyəcandan yerində dayana bilməyən Gökhanın komandasına qoşulub.
Avropada ruhi xəstələrin sayına görə lider ölkə AÇIQLANDI
Ukrayna Avropada psixi xəstəlikdən əziyyət çəkən insanların sayı açıqlanıb. Bu barədə ölkənin Sosial Siyasət Nazirliyinin hesabatında deyilir. “Ukraynada 1,2 milyon insan (əhalinin 3,1%) psixi problemlərdən əziyyət çəkir və situasiya daha da pisləşir. Hər il 2 milyon ukraynalı isə psixatrik klinikaların pasinetinə çevrilir.
Ana dilinin saflığını necə qoruyaq? – Bilik Fondu mühazirələri davam etdirir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan göstərən layihələrini davam etdirir. Bununla bağlı Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib. Olaylar bildirir ki, Bilik Fondunun Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən görüşdə M.Nağısoylu “Ana dilinin saflığının qorunmasında məktəb, ailə və cəmiyyətin vəzifələri” mövzusunda mühazirə oxuyub. Akademik ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq fərmanını xatırladıb, ana dilinin saflığının qorunması istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu işlərdən söz açıb. Ana dilinin qorunmasında ictimaiyyətin rolunun böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Azərbaycanlı tələbələr Koreyada təhsil alacaq
Azərbaycan Dillər Universitetinin Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının II kurs tələbələri Aydan Hacıyeva və Aytən Məmmədova Koreyada təhsil almaq hüququ qazanıb. Olaylar bildirir ki, onlar Koreya Xarici Dillər Universiteti (HUFS) ilə ADU-nun bağladığı müqaviləyə əsasən 2017-2018 tədris ilinin 1-ci semestrini Koreyada oxuyacaqlar.
BDU da ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalanıb
Bakı Dövlət Universitetində Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Olaylar bildirir ki, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib. Berlin Humboldt Universitetinin nümayəndələri ilə bir neçə görüşün reallaşdığını xatırladan rektor, ilkin olaraq doktorant mübadiləsi istiqamətində yeni proyektə start verilməsindən məmnunluğunu ifadə edib. Professor Yeva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, o cümlədən kafedranın profilindən danışıb.
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilib
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günü münasibətilə II Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Olaylar bildirir ki, institut əməkdaşları Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə əklil qoyub. Anma mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva böyük alimin keçdiyi həyat yolundan, onun zəngin və dəyərli elmi fəaliyyətindən danışıb.
Lavrov: "MDB ölkələri ümumi yanaşma nümayiş etdirir"
"MDB ölkələri dünya ictimaiyyətinə bir sıra beynəlxalq məsələlərlə bağlı ümumi yanaşma nümayiş etdirir". Bunu MDB Nazirlər Şurasının iclasının yekunlarında dair keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O, MDB ölkələri xarici işlər nazirlərinin dar çərçivədə olan görüşünün məhsuldar atmosferdə keçdiyi söyləyib: "Gündəlikdə duran geniş əhatəli məsələlər - regional məsələlər, MDB çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Müzakirələr bir daha onu göstərdi ki, bizim ölkələrin bir çox beynəlxalq problemlərə yanaşması oxşardır. Mövqelərimizin koordnasiyası kontekstində beynəlxalq ictimaiyyətə gündəlikdə duran bir sıra aktual mövzulara ümumi yanaşmamızı nümayiş etdirməyimizi vacib hesab edirəm".
Deputatın qardaşı oğluna 42 min "atdılar" - İş məhkəmədədir
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 23-də davam etdiriləcək.
BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır
Mötəbər beynəlxalq təşkilat olan BMT-nin yüksək tribunasına çıxan hər bir kəs fikirlərində diqqətli olmalı, onların məsuliyyətini anlamalıdır.
Hindistanda 300 məktəbli qazdan zəhərləndi
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında məktəblərin birində qaz sızması nəticəsində 300 şagird zəhərlənib. Məlumata görə, 30-dan artıq şagirdin vəziyyəti ağır qiymətləndirilir. Bütün şagirdlər xəstəxanalara yerləşdirilib.
Ata-anası qəzada ölən körpə Yunisi indi də babasız qoyurlar...
Sabirabad rayon məhkəməsi rayonun Yenikənd kənd sakini Əsəd Ələkbərovun bir il öncə qəyummluğa götürdüyü nəvəsinin əlindən alınması ilə bağlı ədalətsiz qərar çıxarıb. Məhkəmənin may ayının 15-də qəbul etdiyi qətnaməyə əsasən, uşaq özünü belə görmədiyi xalası İradə Salahova və onun həyat yoldaşı Elgün Əliyevə övladlığa verilir.
Türkiyədə daha 70 qiyamçı zabit həbs olundu
Məhkəmə Türkiyə Silahlı Qüvvələrinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən 70 vəzifəli hərbçisinin saxlanılması barədə sanksiya verəndən sonra təhlükəsizlik orqanları əməliyyat keçiriblər.
Avropa Şurasının baş katibi açıq şəkildə Rusiyanı və Ermənistanı dəstəklədi
Avropa Şurasının baş katibi Turbyorn Yaqland hamını təəccübləndirməkdə davam edir. Belə təəssürat yaranır ki, avropalı siyasətçi üçün artıq kimin onun dedikləri və hərəkətləri barədə nə düşünəcəyinin elə bir əhəmiyyəti yoxdur.
Türkmənistan prezidentinə ikinci dəfə ölkə qəhrəmanı adı verildi
Türkmənistan parlamentinin deputatları ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədova ali dövlət mükafatı – Türkmənistan qəhrəmanı adı verilməsi barədə qərar qəbul edib.
İŞİD öz döyüşçülərinə spirtli içkilər qəbul etməyə icazə verdi
Rusiya xüsusi xidmət orqanlarının xəbərinə görə, İŞİD terror təşkilatı Rusiyada olan üzvlərinə spirtli içkilər qəbul etməyə və diskotekalara getməyə icazə verib.














