Gündəm

Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir

10 Oktyabr 2017 17:59

"Artıq 2017-ci ilin böyük bir hissəsi arxada qalıb. Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb. Oktyabrın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən dövrdə ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin edilib".

“Lotu Quli”nin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? – DOSYE

10 Oktyabr 2017 17:58

Keçən il İstanbulda  azərbaycanlı kriminal avtoritet Rafiq Eyvazovun döyülməsi və qulağının kəsilməsi ilə bağlı görüntülər yayılmışdı. Görüntülərdən məlum olurdu ki, Rafiq Eyvazov "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun adamları tərəfindən döyülüb. Bundan sonra Rafiq Eyvazov  Nadir Səlifovla şəxsi düşmənçiliyə başlayıb.

Niderlandda bomba həyəcanı yaşanır - Məktəb təxliyə edildi

10 Oktyabr 2017 17:56

Niderlandın Maastrixt şəhərində məktəblərdən biri partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib. Təxliyədən sonra məktəb binasında polis tərəfindən axtarış aparılır.

Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ

10 Oktyabr 2017 17:54

"Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya (təzyiqin yüksək olması), ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir". Azərbaycanın baş kardioloqu Faiq Quliyev  açıqlamasında bildirib ki, geomaqnit qasırğası zamanı həmin insanların xəstəliyi daha da üzə çıxır: "Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur. Yaşlı insanlar daha həssas olur. Gənc nəsildə həssaslıq göstəricisi zəifdir".

Bakıda kirayə evlərin qiyməti qalxdı

10 Oktyabr 2017 17:52

"Ötən ayın yekunlarına görə kirayə mənzil bazarında 4,63 faiz qiymət artımı müşahidə edilib. İlin əvvəli ilə müqayisə etsək 0,21 faiz artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,1 faiz artım qeydə alınıb".

Roma papasının çıxışı zamanı problem yarandı

10 Oktyabr 2017 17:51

Roma papası I Fransiskin Vatikanda çıxışı zamanı səsgücləndiricilərdə nöqsan yaranıb. Papa çıxışına başlayarkən San Pyetro meydanına toplaşanlar bir müddət onun səsini eşitməyib.

Ərdoğan: “Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarı ABŞ-dır”

10 Oktyabr 2017 17:25

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarının Vaşinqton olduğunu bəyan edib.  Belqradda Serbiya prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında R. T. Ərdoğan deyib ki, ABŞ-ın Ankaradakı səfirinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq barədə qərar verməsi və daha sonra ABŞ dövləti adına belə bir qərar verdiyini bəyan etməsi düşündürücüdür: “Əgər vəziyyət belədirsə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə müzakirə edəcəyimiz bir şey yoxdur. Əgər elə deyilsə, səfir belə bir qərarı özbaşına qəbul edibsə, ABŞ hökuməti o səfiri geri çağırmalıdır. Səfirə deyilməlidir ki, Türkiyə-ABŞ münasibətlərini necə pozursan?! Əgər bizim səfir belə bir hərəkət etsəydi, bir dəqiqə belə vəzifədə saxlamazdım”.

AMEA: Bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər

10 Oktyabr 2017 17:24

“Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib.

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

10 Oktyabr 2017 17:22

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. “Olaylar” nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından, açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

AŞPA-da Azərbaycanla bağlı müzakirələr keçiriləcək

10 Oktyabr 2017 17:21

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla bağlı iki hesabat üzrə hazırlanmış qətnamələr müzakirə olunacaq. “Azərbaycanda Demokratik Qurumların Fəaliyyəti” adlı hesabat, çərşənbə günü səhər iclasında müzakirə ediləcək. Bundan dərhal sonra, Azərbaycanda insan haqlarının vəziyyətinə dair başqa bir hesabat müzakirə üçün təqdim ediləcək.

Vətəndaş cəmiyyətləri hüquqi övlət quruculuğunda mühüm rol oynayır

10 Oktyabr 2017 17:19

Azərbaycanda həyata keçirilən demokratik islahatlardan biri də azad fəaliyyətə malik vətəndaş cəmiyyətlərinin formalaşmasıdır. Elə bu səbədən də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da inkişaf etdirilməsi prioritet hesab olunur. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası bu məqsədlə görülən işlərin mahiyyətini təşkil edir.

Prokuror iş otağında güllələndi - Türkiyədə

10 Oktyabr 2017 17:18

Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb. Prokurora iş otağında atəş açılıb. Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.

Nəcməddin Mürvətovun imza günü

10 Oktyabr 2017 17:17

Oktyabrın 10 – da "Cabir Novruz” Mədəniyyət Fondunun “Sağlığında qiymət verin insanlara” adlı layihəsi çərçivəsində, həmin fondun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, əməkdar müəllim, “Tərəqqi” medallı, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış “Dünyamızın zərrəsiyəm”, “Şairdə sirr olmur...” kitablarının imza gününü keçirilib.

Azərbaycanın Yol Xəritəsi açıqlandı - YALNIZ FAKTLAR

10 Oktyabr 2017 17:14

Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir.

Bakı Təhsil İdarəsi müəllim və valideynlərə MÜRACİƏT ETDİ

10 Oktyabr 2017 17:06

Oktyabrın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Təhsil İdarəsindən  verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 214 nömrəli tam orta məktəbdə (Ünvan: Ə.Əzimzadə küçəsi 18) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.